Əfrasiyasab müəllimin evində bu axşam iş var

media-1-6
#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib.
Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez bir zamanda hansısa dostunun qəfil varlanıb bunu da qabağa çəkəcəyini düşünən, həmişə məhlədəki dükandan balaca araq alıb görünməyən kuloka qoyduran, yoldaşı bir həftə dirənəndən sonra nəhayət ki, Ənvər kişi gildən keçən il verdikləri toy diskini götürməyə gələn Mahmud da təsadüfən məclisə paz olur.
Ənvərin arvadı kuxnaya keçib, vatsapda sevgilisinə ‘ mende bilmirem neye gelibler pandam’ yazan qızı Nigara, Mahmudu işarə edib qayıdır ki ‘buna da tarelka qoy’. Məclisin 96-cı dəqiqəsində, artıq Əfrasiyabın çox varlı olduğunu tutan Mahmud, kişiyə gic-gic siyasi suallar verib, özünü diqqətlə dinləyirmiş kimi aparır. Əfrasiyab hər danışanda Mahmud göyərtidən yeyə-yeyə başınl buluyub deyir ki ‘ Yaxşı deyir ki bəs belə’
Ənvər kişini ofsayta salan Mahmud, arada Ənvərə qayıdırki’ mən adammı tapbışam e’. Məclisin sonuncu dəqiqələrində Əfrasiyab müəllimin dostluq haqqında gic-gicə sağlığından sonra Mahmud qayıdır ki ‘ Deyir hər işdə xeyir var. Mən heş böyün bura gələsi döüldüm, üzr isdirəm, yoldaşım disk tafşımışdı, onun dalıncax gəldim sizin kimi bir ziyalıynan tanış oldum. Əfrasiyab (vurğu birinci hecaya düşür) məllim, sizə qulaq asdım mən elə bilkin böyün bir inistut kutardım, mən ölüm. O bağban işinə görə də sabah gələjəm’

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

İndi hardasa həyatda ən böyük uğuru papasının yeganə qızı olmaq olan,ailədə 14 il sonra dünyaya gəlmiş, instagram adı @Miss__9999 olan, biosunda «Девушка из рая No Direct!” yazısı adamın gözünə girən 22 yaşlı Arzu rəfiqəsi ilə elə instagramda tapdığı lounge-ların birində kartof fri yeyərək, qeybət qırır. Telefonun bildirişlərində “Kamran insta” kontaktından “hardasan??” mesajı görünür. Mesajı açmadan podruqasına göstərib deyir ki, bu...
media-1-11