“Quş”-la tanış olan tipik qaqaşımızın günündən
#indihardasa rayondan gəlib Bakıda su filterleri satan şirkətlərdən birində işləyən, ən böyük 2 arzusu tiktokerlərlə video çəkdirmək və pul yığıb 211-lə başlayan nömrə almaq olan, hava şəraitindən asılı olmayaraq daim kostyumun şalvarıyla boz saruçka geyinən, telefon zəngi “Çukur” un musiqisi olan, özünü şəhər uşağı kimi göstərmək üçün tez-tez ” Bakının probkası olmuya daaa” deyən, saçında tağ qoyub gümüş sep taxan 24 yaşlı, fb-da adı Imran Imran Melikov olan Imran , Yasamalda filter satanda tanış olduğu 22 yaşlı, həyatın hər üzünü görmüş, kontaktında 2 fərqli abort həkiminin nömrəsi olan, profilindəki şəkillərin 50%-i qəlyanla olan, getdiyi hər restoranda kokteyl sifariş edib barmaqlarıyla iki tutub bumeranq çəkən Aida ilə mesajlaşır.
Aida ürəyində “axır ki ərə getməyə lox tapdım ” düşünərək imrana yazır ki, “yorqunsansa yat Imiş” (əslində Imişi qırıb barmen Renatla danışacaq)
Imran da cavab yazır ki, “bidene wey soruwum yatiram amma pis bawa duwme ok???”
Aida yazır ki,
“buyur…”
Imran yazır ki,
” Mennen qabax heyatinda kimse olub? semimiyetine inaniram”
Aida da düşünür ki”poxa keşdih də”
Balkonda siqaretin axırıncı tüstünü buraxıb cavab yazır ki,
“KECMIWIMI SORQULAMA GELECEYIMDE YOXSANSA…. NEYSE.YATIM MEN