Topazda pul tutmaq istəyənlərin həyatından
indi #hardasa topazda 24 yaşlı bir qaqaş ruçkanın başını ağzına salıb Norveçin ikinci liqa oyunlarını analiz edir. Qәzeti fırladır әvvәlә İngiltәrәyә göz atır, onunla üz bә üz dә “qaqa 5 dәqiqә yazım” çıxaq vәdәsi ilә gәtirdiyi dostu whatsapp qrupunda yazılanları oxuyur. Arada o dostundan “bu Çelsi Everton nağayrar?” soruşur, o da qayıdır ki, sәn canı Maqa yaz çıxaq da. Topazın ortasında hәmişә bir göbәkli kişi dayanır, gözünü yuxarıda monitorda gedәn it yarışlarına dikir, hәmişә dә topazçıdan soruşur ki, bu yarışlar canlı deyil, hә? Deyirlәr disk qoyurlar axı. Sonra reski, bu 5 kafsen(koeffisient, әmsal) gәlәcәk e, ora troyka vur 6-4-1. Gәlmir.
Әlindә telefon betdә oyun sıxanlar olur, arada kiminsә kuponuna “tәbrik edirik, mükafat qazandınız” sәsi gәlәndә başların qaldırırlar, hәmişә o sәsi eşidәndә o gün Әcәmidә Anargil adama 2 min partdadıblar e deyirlәr.
Bir də hər topazda mütləq adı tez-tez eşidilən ancaq özü görünməyən bir “məllim” deyilən adam olur. Ya adam göndərir ya da telefonla şotları deyir bu yandan yazırlar. Məsələn, reski 40 yaşı olan səliqəli geyimli nazik kent 4 çəkən (məllimin sürücüsü) içəri girir salam verib telefonu uzadır topazı işlədənə. O da qayıdır ki “hə məllim”. Dalınca başqa yaşı 25+ winiston xs çəkən, borca şot yazan qaqaş durub topazçıya kağız uzadır. O da kağızı vurub kuponu qaytaranda asta səslə deyir ki “Rauf sabah bank günüdü ha” Rauf da özündən əmin şəkildə “narahat olma” işarəsi verir.