Nigar və Orxanın görüşü
İndi #hardasa Nigar adında bir qız sevgilisi Orxanla görüşmək üçün evdən çıxmağa hazırlaşır. Orxan da gedib məhlə uşağı Fuadın iş yerinə ki borca pul götürsün. Nigara da deyir ki, papa iş dalınca göndərib. Orxan yığır dostu Elnuru deyir ki, Mehmangilin abyektində otursam qızla maksimum nə qədər şot gələr? Elnur da deyir özün öldürə 20 manat, sən get, mən Mehmanı yığıb deyərəm.
Bunlar sahildə görüşüb gəzə-gəzə düşürlər tarqovıya. Qabaqlarına dilənçi çıxıb Orxana deyir sən o yanındakı gözəl qızın canı mənə nəzir ver. Bu da qayıdır ki, bunun nəyi gözəldi (gülüşürlər). Hərəsi 10 qəpik çıxarıb verir dilənçiyə.
McDonaldsın qabağından keçəndə qaqaşın gözü sataşır sarışın hündür bir qıza. Nigar bunu görür deyir ki, Orxan get gir ağzına. Bu da deyir, çörəyaqqı sinif yoldaşım var idi Nəzakət ona oxşatdım. Nigar da qayıdır ki, sənə hədiyyə almışdım day qaldı. Orxan deyir sənin adının baş hərflərindən şer yazmışam qoy oxuyum:
Nə qədər gözəlsən sevgilim mənim
İnana bilmirem bu gözəlliyə
Get qonağım olsun qoy ölüm mənim
Artıq həyat dəymir bircə qəpiyə
Razılaş sevgilim, sevirsen meni..
Qız yumşalır şerdən sonra. Selfie edirlər, qız qoyur vatsapda profilinə statusa da belə yazır: Gəl dəyişək birşeylərimizi … Məsələn gülüşündən ver ömrümdən al.
Sonra da əl-ələ tutub gedirlər Mehmangilin abyektinə…