Konçennıy Tahirin bir günü
#İndihardasa kubinka tərəflərdə 32 yaşlı İnşaat Universitetindən 2-ci kursdan qovulmuş, atalar uşaqlarına gecə “bu vaxtı çölə çıxma, küçədə hər cür adam olur, a bala” məsləhətindəki o “hər cür adam” olan, kruqdan tanış olduğu qızla evlənən, bir uşaq atası (Oğlunun adı Rauldu) əynində qara ütülü şalvar, biləyi qatlanmış saruçka, qara parıldayan tufli, barmağında dini üzük olan, 5 ildi mal vuran Tahir, məhəllədəki kafedən saçını suyla səliqəyə sala-sala məhləyə çıxıb, 35 yaşlı normal işi-gücü, həyatı olan Elxana “salam məeykim” deyib hal-ehval edir.
Elxan Tahirə deyir ki, “kökəlmisən e brat elə bil” Tahir da qayıdır ki, “hə ataş, şükür Allaha day qutarmışam 3 aydı uje. Gecə gəldim evə, sən də mənim qardaşım, yoldaşım yatmışdı, gördüm uşaq mənə baxır, uşağın üzünə baxdım dedim ala bundan (uşağı nəzərdə tutur) artıqdı bəyəm?? Tüpürdüm e zibilə.” Elxan da inanırmış kimi başını yellədib qayıdır ki, deyəsən köçmüsüz məhlədən. Tahir də əlini, satıb pulunu narkotikə, bölmələrə verdiyi evinə tərəf uzadıb deyir ki, “hə ataş, bura yerdi? Gül kimi Pirşağıdakı bağda qalırıq da, mama canıma dua oxuyur ki, Tahir nə yaxşı gəldik bura, havası təmiz, özün əkib, özün becərirsən”
Tahir ayağını kubikin üstünə qoyub balaqlarının tozunu çırpıb dikəlir, malın vaxtı çatdığı üçün dünən dayısı oğlunun zaryatkaya qoyduğu yerdə oğurladığı samsung A5- i sol cibindən çıxardıb Elxana deyir ki, “ataş mənə bax e belə bir telefon var 3 gün qabaq dayı oğlu sağolsun, rajdeniyama padarka eliyib, mən belə şey işdədən deyiləm e gör kimə verə bilərik bunu? 15-20 manat versin götürsün.”