50+ Cövdət dayı
Bu hekayənin dalını gətirib ən çox like yığan şəxsə Kontakt home-dan 50 manat olan kart hədiyyə edəcəyik . 3 günün tamamında qalibi seçəcəyik.
İndi #hardasa 50+ Cövdət dayı yoldaşının balaca, dama-dama blaknot kağızına yazdığı siyahını kontrol edib evdən çıxmağa hazırlaşır. Siyahı təxmini belədir:
ики тендир чорейи
гарох ири банка
майонез ири
Хийар туршусу
Картоф 2 кило
Чуғундур
Көк
Галлански пендир 200 гр
Гоз 200 гр
Йумурта кəнд 20 дəнə
Ванил
Песок 1 кило
Габартма тозу
Гатыг
Yoldaşı 50+ Gülbahar xala qapının ağzında paltosunu tutub kişini gözləyir ayaqqabısını geyinsin, sonra paltosunu geyinməyə kömək eləsin. Dayı geyinir paltonu, gözucu siyahıya baxır. Soruşur ki, qallanski pendirnən, qoz neyçündü? Xala deyir, bəs dünən Lalə (qızını deyir, evli, 26 yaş) zəng vurmuşdu ki, axşam gələcik sizinlə oturmağa. Ona görə #istəyirəm mimoza da eləyim Eldəniz (Lalənin yoldaşı, 27 yaş, özəl şirkətdə işləyir, saçının qabağı tökülüb, zarafat anlayışı ‘Lalə, qocaltdın məni saçım töküldü’-dən o tərəfə keçmir) xoşlayır. Kişi soruşmamış qayıdır ki, qabartma tozu, vanil, qatıq da keks üçündü. Laləyə eləyəcəm, dedi ürəyim istəyir, çoxdandı yemirəm. Dayı bükür siyahını qoyur şalvarın arxa cibinə çıxır evdən.
Alış-veriş eliyib marketdən çıxanda telefona zəng gəlir, baxır ekranda Ҝүлү yazılıb. Götürür, hə gülü deyir, xala deyir, ay Cövdət sənalla gir meyvəçidən iki dəstə göy soğan da götür. Dayı girir dükana iki dəstə göy soğan alır qoyur klyoka, soğanların başı klyokdan çıxıb sallanır.
Uje axşam saat 8, 9-a işləyir. Cövdət deyir, ay Gülü bəs bunlar harda qaldı, öldüm day acından. Gülü kuxnadan qışqırır ki, Lalə zəng vurmuşdu, dedi dərnəgül yolu propkadı yarım saata çatacıq. Televizorun səsi çox olur deyə eşidilmir, dayı gedir kuxnaya, Gülü təzədən deyir bunları. Sonra qayıdır ki, bəs çox acsansa biraz staliçni çəkim ye, dayı deyir hə ay Gülü, sənə zəhmət, balaca nimçədə bir az qoy, mədəm uje qazınır. Gülü, əllərinin suyunu txovkanın üstündəki çay dəsmalına silib staliçni qoyur dayıya, deyir elə otur burda ye, uşaqlar gəlsin süfrəyə biryerdə oturarıq.
Elə dayı staliçnidən 1-2 qaşıq vurmuş qapı döyülür. Gülü deyir, qadası dur qapını aç, mən də əynimi dəyişim gəlirəm. Dayı qapını açır, Eldəniz əlində balaca tort, o biri əlində Lalənin sumkası gözləyir. Lalə keçir içəri atasını öpəndən sonra sol əlini qoyur divara sağ əliynən dizinə qədər olan batinkasını çıxarır.
Dayı reski dik atılır ki, ala bəs Eldəniz bayaqdan əlində tort qapıda gözləyir, tez tortu alır əlindən, sonra deyir ki, nə əziyyət çəkmisiz mamanız sizə bir piroq bişirib ki, gəl görəsiz. Elə bu moment kuxnadan yanıq iyi gəlir. Kişi qaçır kuxnaya görür ki, piroqun testası yanıb, tez txovkanı çıxardır. Tortu da qoyur balkona ki, sərin qalsın. Qayıdır qonaq otağına, Gülü də Cövdətin yeni ilə aldığı zərli kariçnivi koftasını geyinib gəlir, qızını, yeznəni öpüb təbrik edir, həmişə siz gələsiz zad. Bayaqkı yanıq iyi indi çatır buna, kişi deyir piroq yandı. Gülünün kefi qaçır, Lalə deyir ay mama canın sağ olsun, narahat olma tort gətirmişik. Gülü deyir maqazin tortundan sizə nolacaq? Lalə deyir ayma maqazin tortu deyil, tanış qız var, zakaz götürüb evində bişirir, ona bişirtdirmişəm, təmiz kərə yağıdı.
Uje saat 9 olur, otururlar süfrəyə. Gülü deyir, ay Eldəniz sən xoşlayan mimoza eləmişəm. Lalə, salatdan qoy Eldəniz üçün. Eldəniz salatdan bir az yeyən kimi, Cövdət qayıdır ki, a kişi salatla doyurma qarnını, yaxşı çay balığı almışam, ondan yeyəcik indi, az qalıb bişir uje. Eldəniz gülümsüyür, salatı tərifləyir, Gülü xalanın əlləri qızıldandı deyib qaynanasına şirinlik edir. Gülü xala deyir nuş olsun bala. Bu moment Lalə də qayıdır ki, ayma staliçnin əla çıxıb, əllərinə sağlıq. O da deyir nuşi can. Birdən Gülünün gözləri stola sataşır ki, bəs stolda içməyə heçnə yoxdu. Cövdətə göz-qaş edir ki, çıx balkona kladovkadan iki dənə kompot gətir.
Kompot da gəlir, balıq da gəlir. Nuş edib dururlar ayağa, qadınlar keçir kuxnaya qeybətə, kişilər balkona siqaret çəkməyə.
Balkondakılar girir içəri, Eldəniz deyir, Lalə, bəlkə biz yavaş-yavaş gedək evə? Gülü deyir hara gedirsiz heç çay içməmişik, Lalə apar tortu doğra. Dayı deyir, ay Eldəniz hara gedirsiz e, sabah da iş yoxdu axşam qalın, sabah gedərsiz. Eldəniz utanır, Laləyə baxır, o da başın yellədir ki, qalaq. Gülü deyir, keçin qonaq otağına, çayları gətiririk.
Gəlib otururlar divanda, kişi pultnan kanalları bir az dəyişir o tərəf bu tərəfə, saxlayır kanalların birində fonda 16 yanvarədək 50 faiz endirim səsi gəlir, hamı çönürki görsün nədir, qırmızı rəngli slaydlar dəyişə-dəyişə 12 ay faizsiz smartfonlar, 18 ay faizsiz televizorlar, məişət texnikası 24 ay faizsiz sözü eşidilir.Apple məhsulları 12 faizsiz sözü eşidiləndə Lalə əlindəki Xiaomiyə baxır, sonra Eldənizə baxır diqqətlə. Gülü əlində stol silən əskiylə gəlirki, Kontakt Home-du? Ay Eldəniz bilsəydik Laləni səni bir az gec verərdik, cer-cehizi burdan götürərdik(gülür). Eldəniz də salır zarafata ki, mən Laləni qaytarım, siz də cehizləri. Gülüşürlər, Lalə də gülə-gülə, “yalvardığın günlər yadından çıxıb deyəsən” sözünü yapışdırır Eldənizə. Hamı bir partiya buna da gülür. Ataya da ləzzət eləmir, deyir ki, nolsun 50 faiz endirim var, mən elə köhnə qiymətiylə alaram nə lazım gəlsə, qızımın xətrinə dəyməyin. Lalənin başını qucaqlayır. Lalə də atasının əlinin altından Eldənizə deyir ki, sənin bəxtün var ki mən düşmüşəm də qismətivə, get Kontaktdan nəsə götür şeş-qoşa at havayı al götürdüyüvü, səndə o bəxt var ki şeş-qoşanı bir dəfəyə atarsan. Atası da görür ki, qızı çox irəli gedir, tez mövzunu dəyişib,qayıdır ki, ay Eldəniz, sizdə də işdə durğunluqdu? Deyir hə dayı, demək olar uje əvvəlki kimi ev təmir elətdirən yoxdu. Lalə yavaş yavaş başını ayırır atasından. Kişi deyir, hə ay bala, camaatda pul var ki? Gül kimi ölkəni xaraba qoydular. Nəysə bala dur çayımızı soyutmayaq. Süfrəyə keçəndə Eldənizin telefonu vibrasiya verir, baxır ki, vatsapa mesaj gəlib. Nurlan iw yazıb: ” Bayramın mübarek🐱 nece 🎄bele🎅 illere 🎄çıxasız inwala 🐯bu 🐯pələng ili🎄 sizə🎅 duwerli🎄olsun🎅 neyneyim🎄 nece🎅 🎄edim🎅 demiyesiz🎄 üreynizdə olan🎅bütün🎄 arzularınız🎅çin🎄 🐯olsun🎄 alenizlə🎄 birgə🎅 inwallah🎅”
“
“
Mesajı oxuyub hirslənir, telefonda mobil interneti bağlıyıb qoyur paltosunun cibinə…