Papanın gül balaşkası Arzu

media-1-11
İndi hardasa həyatda ən böyük uğuru papasının yeganə qızı olmaq olan,ailədə 14 il sonra dünyaya gəlmiş, instagram adı @Miss__9999 olan, biosunda
«Девушка из рая
No Direct!”
yazısı adamın gözünə girən 22 yaşlı Arzu rəfiqəsi ilə elə instagramda tapdığı lounge-ların birində kartof fri yeyərək, qeybət qırır. Telefonun bildirişlərində “Kamran insta” kontaktından “hardasan??” mesajı görünür. Mesajı açmadan podruqasına göstərib deyir ki, bu da dayanmır e, nə deyirsən buna şans verim? Rəfiqəsi əlində yarım dişlənmiş friynən deyir ki, az bir dayan nolub sənə?
Podruqasının adı Jaledir 23 yaşı var, dizayner kurslarına gedir. Ümid edirki nə vaxtsa sertifikat alıb, milyonluq layihələr işləyəcək. Ona cehiz toplayan anasına, evlənmədən də özü öz ayağı üstə durduğunu sübut edəcək. Ümumiyyətlə Jalənin ən böyük problemi mamasıdır. Evdə dalaşan kimi facebookda “menim yalnizligim insanlara doludur…” statusunu yazır. Komentari də Maksud Jabrailoff “nese olub??” rəyinə, “sora danisharam” rəyini bildirir. Arada Arzuyla shoppingə gedir ki, fikri qalsın. Özü almasa da atasının şotuna geyim alan Arzuya yardımçı olur. Kartof frinin bitməyinə az qalmış, Arzu qayıdır ki, black fridaydan xəbərin var? Jalə də diksinərək deyirki, sən Allah mamamın yanında demə götürüb aparacaq məni cehiz almağa day bezmişəm. Axırda bunların acığına evlənəcəm. Arzu Jaləyə qulaq asa-asa Kamrana: “-İlin ən gözlənilən endirimləri Kontakt Home-da (Mağazalarda və kontakt.az-da)
-70%-dək endirimlər
-22-28 noyabr
-ən sərfəli qiymətə 120% zəmanət verilir” Screen olaraq göndərib, dalıyca yazır ki, “Kam sabah bura getmek isteyirem gedek bir yerde?”
Kamran da 9 saniyəlik səs atır ki, Arzu qadan alım, papamızın pulunu xərcləyirsən e sağa sola(aranı açıb Arzunun atasına papamız deyir)
Arzu da 1,5xlə qulaq asıb iki dənə gülüş smaylıkı atır, daıyca da yazır ki, “delisene sen”
Elə bunun ardıyca Kamran daha 30 saniyəlik səs atır ki, “ Ütünün zadın qiyməti də düşüb, 600 manatlıq televizor var 290 manata satırlar, ele pramoy gedək cehizlik yığaq da sənə”
Arzu bu səsi çölə verir, Jale eşidib arzunun gözünün içinə baxır, deyir siz orda məndən danışırsız? Arzu da üzbəüz oturduğu jaləyə tərəf telefonu yuxarıdan əyib deyirki, bu heç səni tanımır ay qız, səndən niyə danışım, bir dənə cehiz sənçün alınır bəyəm? Jale istehza ilə, Kamranıva denən orda qiyməti bölüb 3 aya ödəmək olur, gecikməsin. Bu moment ofisiant yaxınlaşır ki, xanım nəsə lazımdır? Arzunun elinde vhatsappi Kamranla yazishmada aciq qaldigi ucun online gorunur, Kamran da o yandan yazır ki, Arzu kimnən danışırsane orda oxuyub yazmırsan? Arzu ofisiantın vhatsapp ekranına baxdığını görüb, telefonu kilidə salır. 30 saniyə sonra ekranda “Kamran İnsta ariyor” yazısı görünür.

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək? – Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq...
media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66