Anar və Orxanın şahidliyi
İndi #hardasa 1 ay qabaq yeznəsindən 10 günə qaytaracam adıyla 200 manat alıb 1 gün içində qəpiyinəcən kafedəki ofisiant qıza xərcləyib poxa düşmüş 21 yaşlı Ceyhun, 1 manatlıq çayxanada Anar və Orxanın şahidliyi ilə (güləşçi Orxan deyirlər) dostu Qaqaşı (əsl adı Mirhüseyn, babasının adını qoyublar deyə qaqaş deyirlər) inandırmağa çalışır ki, Kontakt Home dan onun adına ilkin ödənişsiz, kreditə telefon götürüb satsalar yeznəsinin borcunu verəcək. Sonra da aybaay krediti özü ödəyəcək. Qaqaş da boz kompakt winiston un qabığını soya-soya temadan çıxmağa variant axtarır. Amma üzdə palit eləmir də. Soya-soya qayıdır ki
– Gedəy e brat, vəsiqəm də üstümdədi, qurbandı. Söhbət o döül, prosta mənim bankda 3-4 il qabaq problemim olub, yalannan getməyin adı yoxdu. Anar söhbətə giriş eliyir ki bəs
-2 ilə silinir də kamputerdən
– Yox e hara silinir ( Qaqaş tərəfdəndi temada)
Beləcə, silinib-siliinməməyə dair hərə bir hekayə uydurur qıçından. Orxan arada ekranın ortasında
“ whatsApp 1 yeni mesaj My Heart (hmm)” mesajI cavabsız qalmış telefonunda saata baxır. Müzakirələrin şirin yerində Ceyhuna “Fəxi yeznə “ dən zəng gəlir. Tez Anarın paçkasından boz nazik Pall mall və üstündə barcelonanın bayrağı olan yandıranı götürüb çölə çıxır
-Alo
– Qaqaş, nətərsən nə var nə yox
– şükür ay Fəxi salamatçılıqdı sən necəsən
– Qaqaş, gör nə derəm. İndi az vaxt döyül da bir-birimizi tanıyırıq (8 aydı), məsələ o pulda deyil ( elə məsələ sırf o puldadı) tüpürüm 200 manata, prosta sən belə mənə elə bu gün-sabah deyə-deyə fırradırsan, ləzət eləmir də( ömrü boyu çumo olub)
-Başa düşdüm, sabah pul səndədi, 100 %
Qaqaş adboy verib girir içəri, Orxan qayıdır ki nə deyirdi?
Ə heşnə, pula görə yığmıyıb e veş var onu aparmaq lazımdı bacı gilə