İftarda yığışanlar iş yoldaşları

media-2d-illustration-of-azerbaijani-50-years-old-men-wearing-daily-clothes-on-iftar-table-612111170
#indihardasa 50 yaşlı, Nizami rayonunda hansısa jek müdirinin müavini olan, ərazilərində dövlət tədbiri olanda gecə həyacandan yata bilməyən, özünü böyük sistemin önəmli fiqurlarından, ayrılmaz parçalarından hesab edən, kəmərində qara kabrası olan, kəmərindən topa açar asan, tez-tez cib dəsmalını pencəyinin cibindən çıxarıb boynunu silən Zahid, evində jekin işçilərinə, başda jek rəisi Iftixar məllim olmaqla iftar süfrəsi verir.
Yeyib-içməkdən sonra 55 yaşlı, ağ saç Iftixar məllim ağ nazik sabraniyadan bir dənə çıxarıb Zahidə deyir ki “Zahid, ta bağışda evdə çəkirəm” Zahidin də illərdi içində qalan balkon teması yadına düşür qayıdır ki, “Iftixar (vurğu ilk I yə düşür) məllim, o vaxtı dediz Icraya deyəcəm icazə versin bir balkon atım, xəbər çıxmadı sizdən, indiyə balkonda çəkərdiz paprosu” (yalandan gülümsəyir).Zahid bunu deyəndə, paralelində Iftixar məllim uje ikinci tüstünü buraxır.
Bu moment Zahidin qızı 21 yaşlı Ülviyyə istədiyi oğlana yazır ki, “aşkim ev corab iyi verir fuu. Getsinler yazacam quzum”
Məclisin irəliləyən saatlarında hamı reski dindar olmağa başlayır. Iftixar məllim qayıdır ki, “ay Zahid yaxşı iş görüsən. Düzdü biz hərdən şuluxluğ eləyirik, işki zad içirih. Amma heş kimnən işimiz yoxdu, qurban olduğum görür də. O vaxt peyqəmbərimiz (Zahidin yanında oturan, 40 yaşlı Habil pıçıltıyla sallallahu əleyhi və səlləm deyir) yoldan keçirmiş görüf kü, bir dəstə cavan işki içir qayıdır ki nuş olsun. Qayıdanda görür içif bir birin vuruv öldürüflər, deyir ki haramınız olsun” Zahid qürurla Iftixar müəllimin üzünə baxır deyir ki” Iftixar məllim, siz bəlkə özünüz də bilmədiniz nə böyüklühdə söz dediniz amma bu maa görk oldu”
Zahidin arvadı zala gəlib Zahidə deyir ki ” Zahid heç olmasa bir gün qabaqcadan deyərdin, bir tikə çörəh qoydum qabaqlarına, kimə çatdı ki güya bu?”
Habil də qayıdır ki” Narahat olma bacı, elə iftarda çox yeməsən yaxşıdı”
Bu mament ekran stop edir, Habilin başına kep, gözünə eynək, ağzına siqar gəlir. Fonda da da da da da it’s the mother fuckin’D-o-double-G(Snoop Dogg!) mahnısı gedir.

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6