“Oxran” işləyən Orxan
#Indihardasa 28 yaşlı, çolkalı, orta təhsilli, bir damcı əzələli və kök olan, uşaqlıqda 7 ay boksa gedən, əsgərlikdən söhbət düşəndə işarə barmağıyla orta barmağını cütləyib burnunun ucunu içəri sıxıb “qaqa, buna ba 4 yerdən qırılıb respublakını vırışanda, YAŞMA-ya götürürdülər burnuma görə qaldı” deyən, “ZERBE” mühafizə xidmətində 350 manata axran işləsə də özünü oliqarx kimi aparmağa çalışan, trenajorda tanış olduğu qaqaşın adını kontakta “Adil mewq” yazan, uşaqlar Orxanın formasını tərifləyəndə “qaqa mən yığdırmışam e , əslində icazə yoxdu prosta rəis öz uşağımızdı” deyən, işlədiyi ofisin qabağında hər dəfə şlaqbaunu qaldıranda sürücülərdən 30-40 qəpik alan, tiktokdakı adı “Baksiyor” olan Orxan, kafedə uşaqlarla oturub.
Dostunun xalasıoğlu Orxandan soruşur ki, “brat sizdə daxili işlərdi?” Orxan da çaydan bir qurtum alıb qayıdır ki, “yox, qaqa biz birbaşa DTX-ya tabeyik”. Bu moment Orxanın sevgilisi , 20 yaşlı, BDU- da oxuyan Ifratın fanatı olan, fb- da Bayram Nurlunun videolarının altına “men qiz ola ola bu qeder bezenmirem” yazan, Şöhrətin “öpüm nəfəsindən” mahnısını storiyə qoyan Aliyə, mesaj yazır ki, “askitom seher ishde nese demediler gecikdive gore ?((” Orxan da cavab yazır ki, ” yox çiçeyim”. Qız təzdən yazır ki, “ne yaxsi. qorxmusdum” Orxan da cavab yazır ki, ” menim yanimda oldugun surece hewneden qorxma…”
Qəfil kadr yavaşlayır ağ-qara olur, fonda bu mahnı gedir…
Kurumuş boğazım
Bekliyorlar yol ağzında onlar
Bir gün beni sorarlarsa suscan
Elin kanlı çünkü abi demir kapı bundan
Ne özlemi hasret suçun doğasında varsa