Mehman dayının telefonu köhnəlib

media-1-10
Belə havalarda məhəllələrin birində adının ikinci hərfi ilə sonuncu hərfi qopmuş, qapısında saralmış “Kontur Var” yazısı olan Vüsal marketin qabağında 92ci ilin mersedesi hər iki qabaq qapısı açıq vəziyyətdə dayanır. Maşınının üstündə taksi nişanı olmasa da bütün məhəllənin taksi olaraq qəbul etdiyi, ona dərd danışanlara hər iki qızını karantindən qabaq gəlin köçürdüyünü deyib, bəxti gətirdiyini gözə soxan, yuxarılarda qohumu olsa da ona ağız açmayan, sovetin dövründə iki universitet bitirən, elmə məlum olmayan qalın siqaret çəkən 66 yaşlı Mehman dayı əlində əski bir ayağını təkərə vura-vura deyinir.
Bu momennt marketdə işləyən Orxan içəridə dənə ilə satdığı siqaretdən birini götürüb marketin içində yandırıb çıxıb qapıda dayanıb dillənir ki, Mehman əmi bu letniy təkərləri dəyişmək fikrün yoxdu? Mehman da maşının o biri tərəfinə keçər ayaq cavab verir ki, mən Bakıda keçəl təkərlə cavanlıq eləyəndə sən hardaydın e.
Elə o dəqiqə Mehmana zəng gəlir, tez qaçır maşında şitin üstündəki açkisini götürüb, axşamlar 1 yaşlı nəvəsinin ağzına salmaqdan qıraqları yeyildiyi telefonu üstünə silib, ekrana baxır. Zəng dayanır mehman kişi çatdırmır götürməyə. Başını qaldırır oğlandan telefon haqda nəsə soruşsun görür oğlan qayıdıb kassaya. Gözü o biri blokda qalan, atasınln qorxusundan gecə evə gələndə siqareti blokda gizlədən, univeristetə girsə də söz verilən maşını alınmayan, özü universitetdə salamlaşdığı hər qıza bəlkə kinoya baxaq təklifini etsə də, hamıdan gizlətdiyi sevgilisinə vhatsapda şəkil qoymağa icazə verməyən Emilə sataşır. Mehman Emilin adını dəqiq bilmədiyi üçün əlini qaldırıb mənə bax deyərək çağırır, telefonunu ona uzadır ki, bunun ekranının işığını artır görmürəm. Emil baxır ki, ekranın işığı tamdı telefon köhnəlib, deyir ki, Mehman əmi bunun ekranı xarabdı sən təzəsini al bi dənə. Mehman deyir, nə təzəsi ver bura düzəltdirərəm.
Mehmanın bunun blutuzu da var iddialarına baxmayaraq Emil güc bəla ilə başa salır ki, bu telefon çox köhnədir, buna ekran tapılmaz indi, zavod daha buraxmır bundan. Mehman çarəsizcə batareykası çıxıb-girən telefonu əlində tutub deyir hardan alım təzəsini baha olar birdən.
Emil də öz cibindən atasına kreditini ödətdirdiyi telefonu çıxardıb nəyəsə baxıb deyir ki, Mehman əmi üzbəüz qırmızı yer var e “Kontakt Home” yazılan, sabah ayın 11-idir də, hə, get ora, axşam 9-dan 12-yə kimi -60%-dək ENDİRİMİ olan AXŞAM BAZARI kampaniyası var! Seç ürəyin nə istəyir al da, belə taksi adamsan birdən o vaxtı başqa yerdə olsan, hökman deyil bura qayıdasan. Xalqlar dostluğunda, Bakıxanovda, İnşaatçılarda, Azadlıq metrosunda, Xırdalanda, Sumqayıtda, lap Gəncədə də olsan, ordakı filiala yaxınlaş al. Mən tələsirəm, getməliyəm deyən Emil, dalıyca gəlmiş içində 5 nəfər olan maşına güclə sığışıb gedir. Bu moment Mehmanın telefonuna ev kontaktından “Геленде чорек ал ики дене” mesajı gəlir.

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm? Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu...
media-ata-ogul

– Dütdülü…Bu da pəncü-sə. Aradabir çayı üstü qaralmış feyxoa mürəbbəsiylə ötürərək zərləri nərdtaxtada tıkkıldadan, 55 yaşlı İbrahim çoxdandır dostluq etdiyi, ayda 1 dəfə görüşdüyü Şirzadla gah Ukraynadan, gah Zəngəzura çəkilən yoldan, gah Ərdoğanın siyasətindən danışsa da, əslində son vaxtlar çox fikirli olurdu. Əvvəllər həmişə üzügülər, dost-tanışa kömək edən, mühəndis kimi aya 2500+ qazanan İbrahim indi üzdə görünməsə də, içində dərd...
media-2d-illustration-a-charming-scene-of-a-50-year-old-man-immersed-in-a-backgammon-game-with-a-friend-at-751362312-1