Bir sabunun həyat hekayəsi

Bir sabunun həyat hekayəsi.
Bu sabun şəhər “optavoylarından” firma maşınlarında rayonlara gedir. Ön oturacaqda və sükanda əyləşən, 28 yaşlı, saçı yarıyacan tökülmüş, Pərviz Bülbülənin, Damlanın və instagramdakı “miss_vizajiss” profilinin fanatı olan, ən böyük məqsədi Hövsandakı torpağını satıb maşınını dəyişmək olan Mahirlə, 26 yaşlı, banka 7500 dollar borcu olsa da ödəməyən, müdürün dalınca danışan, nişanlısının adını telefona “My LoVe” yazan, black afgano ətiri vuran qaqaşın söhbətlərini eşitmir.
Nəhayət 55-60 yaşlarında, oğlu Bakıda kirayə qalıb, universitet oxuyan Akif dayının mağazasına çatır. Bizim qəhrəman – sabun, 80 qəpiklik sarı və qırmızı diş fırçalarla metal qutulardaki “kalqotqaların” ortasında əyləşdirilir. Və dialoqları dinləyir.
Bu zaman içəri 45 + bir az dolu, ucu şiş və palçıqlı tuflidə, şalvarının balağı coraba salınmış, əynində gizir qardaşnın verdiyi buşlat olan Əbiş əmi girir. Əvvəllər Rusiyaya qaynıynan xurma vururdu, bunu deport ediblər. Oğlun göndərib əvəzinə.
-süd yoxdu Akif?
-Mahirdən alırdım, inəyi doğub, ta satmır.
-bəs deyirdi qısırdı inəyim
-ə yo sən də, göz qaytarırmış yəqin…
Bu andaca kəndən 500 metr aralıda magistralın qırağında kafe işlədən dayı gəlir. Əlin atıb 10-15 dənə “bakkuş” götürüb piştaxtanının üstə qoyur, Akifə deyir
-Akif, o gülablı sabunundan biri ver
O da bizim qəhrəmanı götürür verir buna. Sabun və dayı kafeyə gəlirlər. Dayı sabunu soyundurub tualetin yanındakı əlüzyuyanın yanına qoyur.
Avtobus saxlayır, millət kafeyə düşür, iki nəfər cavan oğlanın dialoqunu eşidir.
-Bu şofer əvvəldən kafeynən danışır ki sənə kilent gətirəcəm. Kafe yiyəsi de bunun abedin havayı verir
-Deyirəm axı, bayaq Bığda saxlamadı.
Sonra bir xanım əlindəki ayfon 5-lə sevgilisinə deyir ki ” yaxşı, qoy əl-üzümü yuyub yazacam, yığarsan..Yoxe nə oğlan, hərə öz kefindədi…Yaxşı, mən də səni….dəlisən dəə…
Sabunu götürüb suyun müşayətilə ovucunda sıxır deyə, sabun daha heçnə eşitmir…
(Bu postu “admin dəyəsən dəyişib” rəyinin sponsorluğuyla paylaşırıq)

Bənzər Məqalələr

“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək? – Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq...
media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother

Belə havalarda bir xeyli vaxtdır ki, görüşməyən call-center operatoru Cavidan və Kooperasiyanın 3-cü kurs tələbəsi Şahnaz nəhayət ki, “Soyuq əllər, İsti ürəklər” yarmarkasına getmək üçün Torqovlikə gəlmək istəyirlər. Nərimanov metrosundan adi vaxtı 15 dəqiqəlik olan yolu, hər şeydən narazı olan Prius sürücüsünün deyingən səsinin altında 1 saat 10 dəqiqəyə gəlirlər. Fəvvarələr meydanında izdihamın içində bir az da əzilən Cavidan bu...
media-1-4

İndi #hardasa Nigar adında bir qız sevgilisi Orxanla görüşmək üçün evdən çıxmağa hazırlaşır. Orxan da gedib məhlə uşağı Fuadın iş yerinə ki borca pul götürsün. Nigara da deyir ki, papa iş dalınca göndərib. Orxan yığır dostu Elnuru deyir ki, Mehmangilin abyektində otursam qızla maksimum nə qədər şot gələr? Elnur da deyir özün öldürə 20 manat, sən get, mən Mehmanı yığıb...
media-1-8