Bu il Hicran məllim söz verib yevropanı götürəcəm
#indihardasa Iqtisadın Dağıstan filialını Allah ümüdünə 6 ilə bitirmiş, hamını idmançı olduğuna inandırmaq üçün hər yerə arxasına ‘Dagestan’ yazılan spartivniylə gedən, (əslində uşaqlıqda cəmi 7 ay güləşə gedib) idmandan söhbət düşəndə ‘ inşallah bu il Hicran məllim söz verib yevropanı götürəcəm’ deyən, atasının dayısı nəvəsi müharibədə olanda dostlarına google dan yüklədiyi xarıbülbülün şəklini göstərib, ‘ qaqa özün bildin də, dayoğlu göndərib. Prosta (gözlərini yuxarı qaldırıb) ordan qoymurlar paylaşmağa. Oranın kamandiri bizim zalda məşq elyir ‘ deyən, ağ priora sürən, arxa oturacaqda 5 aydı ağızı açılmayan idman çantası olan, maşının arxa patpresinə
‘Только Аллах может судить меня’ altında da (instagram adresi) ‘Mosu 667’ yazdıran 30 yaşlı , hamının Mosu dediyi Mirdaməd zaprafkaya girib zapravşiklə öpüşüb görüşüb qayıdır ki, ‘Kamil bu smendədi? ‘
pul uzadıb ‘ qaqa bunun üstünə 3 manatdığ vur da’ deyir. Telefonu çıxardıb istədiyi qıza səs atır ki, ‘ çıxdım zaprafkadan , Çiniş, bidənə biboğlunun alacağı var həll eliyim gəlləm ‘ qız da cavab yazır ki, ‘ Sen yene davaya gedirsen? bes soz vermiwdin????’
Mosu maşına minib zaprafkadan uzaqlaşır, fonda şəhərin səsi, kadr yavaş-yavaş göyə qalxır.