#İndihardasa çayı kabinetə piletka şokaladsız verilməyən kafelərin birində İqtisada pul ilə girən, pulun hesabına da oxuyub qurtaran Elçinin əsgərgetdisidi. 10 nəfər oğlanın 9- u içib. Hamısı eyni vaxtda danışır, məclisdə xana düşür uje. Vüqarın ekranında “YETƏRKİ MƏNƏ ÖMRÜM DESİN, SONRA İSTƏSƏ ÖMRÜMÜ YESİN” şəkli olan telefonuna instagram şəkli “OKUZ,SENİ SEVİREM” olan sevgilisindən gələn mesaj görünür. WhatsApp ” Decelim” 1 yeni...
#indihardasa
Toylarda oxuyan kişi qadın manıs cütlüklər olur. Qadın çox vaxt boşanmış olur. Haqqında söhbət düşəndə deyirlər, boşanandan sonra getdi qabağa, qaynanası gün verib işıq vermirdi. Hamı elə bilir ki, birlikdə oxuduğu kişi bunu saxlayır. Deməli hər toyda kişiyə yaxınlaşıb qulağına qışqıraraq mahnı sifariş edir bir dayı. Başa düşmür dayının nə dediyini, qulağını əyir dayının ağzına tərəf ki, rahat eşitsin, ancaq...
İndi #hardasa bir toyda bəyin xalasıqızı belində böyük gül olan, yerdən sürünən yupkasıynan qalxır bəy-gəlin stolu tərəfə. Balaca, qaşlı sumkasını da qoyur stolda, yanındakı o biri xalaqızına deyir ki, ay Xalidə gözün olsun gəlirəm. Yoldaşına göz-qaş edir ki, gəl şəkil çəkdirək. Fotoqrafın qabağında telefonla şәkil çәkәn bir qız olur hәmişә, fotoqraf deyir xanım çәkilin bir az sola. Müğənni “deyək mübarək...