Əsgərgetdi mərasimi
#İndihardasa çayı kabinetə piletka şokaladsız verilməyən kafelərin birində İqtisada pul ilə girən, pulun hesabına da oxuyub qurtaran Elçinin əsgərgetdisidi. 10 nəfər oğlanın 9- u içib. Hamısı eyni vaxtda danışır, məclisdə xana düşür uje.
Vüqarın ekranında “YETƏRKİ MƏNƏ ÖMRÜM DESİN, SONRA İSTƏSƏ ÖMRÜMÜ YESİN” şəkli olan telefonuna instagram şəkli “OKUZ,SENİ SEVİREM” olan sevgilisindən gələn mesaj görünür.
WhatsApp ” Decelim” 1 yeni mesaj.
Aralarında bir nəfər var- Mirağa, o içən deyil deyə tez-tez onun sağlığına içirlər.
Biri də var- Tural, iki-üç il əvvəl əsgərlikdən gəlib. Ən çox sağlığı o deyir. Tez-tez “bizim vaxtımızda belə deyildi, indi əsgərlik uşaq baxçası olub” deyir, sağ əlini üç dəfə Elçinin çiyninə vurur.
Əsgərliyin əvvəli “and içmə” ilə başlasa da, sonrakı mərhələlər “söyüş qoyma”dan ibarətdir.
Elçin “əsgər gedirəm” mahnısının sədaları altında Ukraynadakı dostuna ( Bəhruz) videozəng edir. Götürən kimi dostu Elçinə deyir ki “şüşəni qaldır” heyvan kimi gülür.
Heç kim heç nə başa düşməsə də ikisi də uğunurlar gülməkdən. Sən demə o vaxt Elçinlə Bəhruz maşınla gedəndə Elçinin atası ilə üzbəüz gəliblər, arxa oturacaqda da iki qız olub deyə, Elçin Bəhruza deyib ki “şüşəni qaldır”.
Şüşəni qaldırıblar kı,arxada plyonka var, şüşə qalxanda qızlar görünmüyüb.
Elçinin əmisioğlu da deyir ki, qaqa tələsdin ee “plistiyaqanı” iki gün soraya saxlasaydın,tanış uşaxlar vardı,meyxana deyən, onları gətirəcəkdim.
Məclisin axırına yaxın Tatı ləqəbli Tariel əlində rumka durur ayağa, Mirağaya baxır deyir ki ” qaqa sən dindarsan Allah canıvı sağ eləsin, mənim namaz qılıf oruş tutannara böyük hörmətim var. İşki işməyimə baxma, ürəyim Allahnan təmizdi. O ki qaldı Elçinə, ( məclisə sükut çökür) Qaqa mən saa bir şey arzu eliyə bilərəm, getdiyin kimi də gəl, sağolun ( rumkanı çəkir başına)
Elçin qayıdır ki, qanan adam üçün böyük sözdü, sağ ol qaqa