Toy günü necə olur?
İndi #hardasa bir toyda bəyin xalasıqızı belində böyük gül olan, yerdən sürünən yupkasıynan qalxır bəy-gəlin stolu tərəfə. Balaca, qaşlı sumkasını da qoyur stolda, yanındakı o biri xalaqızına deyir ki, ay Xalidə gözün olsun gəlirəm. Yoldaşına göz-qaş edir ki, gəl şəkil çəkdirək. Fotoqrafın qabağında telefonla şәkil çәkәn bir qız olur hәmişә, fotoqraf deyir xanım çәkilin bir az sola. Müğənni “deyək mübarək olsun, bu toy mübarək olsun” oxuyan moment, xalaqızı gəlini qucaqlıyıb qulağına qışqırır ki, xoşbəxt olun.
Bəy şəkil çəkdirəndən sonra düşür aşağı yanında oturan iş yoldaşlarının masasına, iki əlini də qoyur stullara, əyilir soruşur ki, hər şey yaxşıdı uşaqlar? Dalıyca deyir tapşırmışam kuxnada, bu stola osobı qulluq edәcәylәr. Sonra qayıdır ki, Ərəsdun məllim gəlmiyib? (müdirini deyir). Bir nəfər də qayıdır ki, zəng vurmuşdu, bir az gecikir.
Gəlinin bacısı bir qıraqda whatsappda sevgilisinә yazır ki, bacı da getdi biz nәyi gözlәyirik? Mesaj bir xәtt olur oğlana çatmır. Bu momentdə uje işıqlar sönür, tamada həzin musiqi sədaları altında gəncləri rəqsə dəvət edir. Qız sağ əlini qoyur üzünə, darıxa-darıxa baxır oynayanlara. İşıq yanır, rəqs bitir. Bir az keçir ofisiant gəlir deyir ki, xanım təzə balıqdı çəkim? İsti-isti. Qız da “balıq hayındayam ay zalım” baxışıynan baxır buna, əliylə atkaz eliyir.
Ortalıqda gәzәn uşaqlar olur, bəyin әmisi dala gedә-gedә oynayır, dәyir uşağa, uşaq yıxılır başlayır ağlamağa, götürür uşağı qucağına, öpür qoyur yerә.
Bu moment stolların arasından tez-tez sıyrılıb gedә-gedә bәyin qardaşı qulağında telefon qışqırır ki, eşitmirәm, qoy bir dәnә çölә çıııxıım, başını qaldırır әmi oğluya göz qaşla deyir nәzarәt elә gәlirәm, özü dә reski çıxır çölә, deyir ki, “hә brat, eşidirәm”…