Manıs cütlüklər. Milli toyumuzdan bir mənzərə

media-1-61
Toylarda oxuyan kişi qadın manıs cütlüklər olur. Qadın çox vaxt boşanmış olur. Haqqında söhbət düşəndə deyirlər, boşanandan sonra getdi qabağa, qaynanası gün verib işıq vermirdi. Hamı elə bilir ki, birlikdə oxuduğu kişi bunu saxlayır.
Deməli hər toyda kişiyə yaxınlaşıb qulağına qışqıraraq mahnı sifariş edir bir dayı. Başa düşmür dayının nə dediyini, qulağını əyir dayının ağzına tərəf ki, rahat eşitsin, ancaq bu dəfə dayı elə bərk qışqırır ki, manıs dik atılır və başını o tərəfə edir. Sonra dayı ikinci dəfə qışqırmasın deyə yalandan başını yellədir, guya başa düşdü mahnını və birazdan oxuyacaq. Dalıyca da mikrofonu sol əlinə ötürüb dayının kürəyinə sağ əliylə sığal çəkib yola verir.
Dayını yola salandan sonra hal hazırda oxuduğu mahnıda nəsə zilə qalxma yeri olur, mikrofonu fırladıb ağzına gətirir və təzədən burnu istiqamətində yuxarı qaldırır və sol ayağı qeyri ixtiyari yuxarı qalxır. Bu moment nağara çalan arxa tərəfdə klarnet çalanla bir birinə baxıb gülümsəyərək başlarını yellədirlər.
Bu hadisələrin paralelində qadın manıs arxada paltarının sinə tərəfini azacıq yuxarı dartıb qabağındakı çaydan bir qurtum alır. Ancaq onun adı çaydır, çaydan əsər əlamət qalmır. Köhnə qəzet kiosklarında satılan vaxtı keçmiş ice tea dadı verir. Mahnıya qulaq asa-asa ayağıyla yerə yavaş-yavaş vurub ritm tutur, başını sağa sola edir.
Ən incə moment isə bilirsiz hansı məqamdı? Uje kişi yorulur, oxuya-oxuya dönür qadına gözüylə işarə verir ki, az yola ver orda məclisi çayla filan, dur gəl bir az da sən oxu, boğazım cırılır uje. Qadın söhbəti tutur və mikrofonu götürüb durur ayağa ki, oxusun, sağ əlinin şəhadət barmağıynan mikrofona bir iki dəfə vurur, nağara çalana işarə verir ki, bu mikrofon niyə işləmir. O da əyilir yanındakı çamadandan başqa mikrofon verir ona.
Saat 10-dan sonra isə hardansa bir cavan qaqaş gəlir, muğam oxuyur, ağsaqqallardan biri deyir Səxavəti yamsılayır, kimdi? Yanındakı da qayıdır ki, muğam müsabiqəsində olub. Əslində isə olmayıb.
O qaqaş muğam oxuyanda orta yaşlı biri gәlir ondan 3 addım aralıda qalır, bu moment bir dostu da gәlir әlini qoyur çiyninə başını aşağı salır, barmaqları ilә göz vә burun birlәşәn yeri sıxır, başını qaldırır әtrafa baxır reski, görsün kim bunun kövrәlmәyini gördü.

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6