Gelinlik ve her cur ziyafet paltarlarinin kirayesi
indi #hardasa 45+ Rakif dayı yoldaşına deyir ki, ay Mahirə, Leylaya (qızları, 21 yaş, kompüter kollecində oxuyur, həm də feysbukda “gelinlik ve her cur ziyafet paltarlarinin kirayesi” səhifəsində admin işləyir) de, hazırlaşın qəbrüstə gedək gələk. Günortaya basabas olur, dilənçilər də bu tərəfdən, dəbərmək olmur. Mən yavaş-yavaş düşüm maşını qızdırım, siz də gəlin.
Kişi düşür həyətə, maşını işə salır. Qabaq qapıdan əskini götürür, maşının şotkalarını qaldırıb qabaq şüşəni silir. Yoldan keçən qonşuynan bayramlaşır, deyir papagili də təbrik elə.
Evdə xanım kuxnaya əl gəzdirə-gəzdirə qızına deyir, ay Leyla şəkərburaların üstünə nəsə ört quruyub daşa dönməsin, ləpə qabını da doldur. Axşam evə adam insan gələr birdən. bu moment ev telefonuna zəng gəlir, mahirənin bacısı gülüstandı, bayramlaşmağa yığıb. Başlayırlar danışmağa. Kişi də həyətdə oturur siqnalın üstünə bunları çağırır ki, gəlin də day. Qız gəlib deyir ayma papa əsəbləşir tez gəl. Xanım telefonda deyir, ay bacı axşam keçin bizə oturaq da. Ürəyində deyir, kişi də 6 aylıqdı elə bil, 5 dəqiqə gözləməyə hövsələ yoxdu ki. Bacısına, tezbazar uşaqları da öpərsən deyib sağollaşır. Düşürlər həyətə.
Kişi maşını xodlayır, əlində əskiynən bardaçokun tozun ala-ala yavaş-yavaş sürüb məhlədən çıxırlar. Mahirə deyir səməni götürmüşəm, ancaq yolda saxlayarsan şam da alarıq. Dalıyca da qayıdır ki, xalçaları yuduzdurmamışam hәlә, kişi deyir ki, qәbr üstә getmәyә qalmışdı bu söhbәt?
Leyla arxa sidenyada sevgilisinә yazır ki, babanın qәbri üstә gedirik. qaqaş deyir ki, nә geymisәn zad, qız deyir qәbr üstә gedirәm nә geyәcәm axı? Kişi dә bunu güzgüdәn görüb arvada deyir ki, xalça ilә bu qәdәr maraqlanınca qızınla maraqlan, bütün günü telefona girib, qız da deyir ki, qızlarla qrupda danışıram da, mәrdi qova-qova namərd edirsiz e. anası da deyir atana cavab qaytarma. Qız göz ucu bir də telefona kilid ekranından baxır ki, elwadim kantaktından belə mesaj var: “ok “. Əsəbləşib bağlıyır telefonu, atır sumkasına. bu moment çatırlar qəbr üstә.
Qəbristanlıqda parkovşik yaxınlaşır ki, dayı burda saxlama da. Bu da deyir, iki dәqiqə dәyib çıxırıq da, qәbr üstә gәlmişik, deyir bilirәm, burda saxlasan ordakı maşın çıxa bilmәyəcək, әliylә qara pradonu göstәrir…