İndi hardasa

media-1
İndi hardasa çörəyi reytinqdən çıxan 300 min izləyicisi olan səhifələrin birində hansısa müğənninin açıqlaması haqda ” Mənim sevgilim dövlət məmurudu, icazə vermir maşın sürüm” başlıq olan paylaşımına bu rəylər gəlir.
Bakili Balasi ( profil şəkli: köhnə bulvar)
– Biz ne vaxt bele korrandix axi (3 like)
Orxan Eli-zade ( profil şəkli: göy nivada qara eynəklə yandan çəkilib)
Mehle uwaqim bunun gecesine 300 dollar vermiwdi 2013 de)) (2 təəccüb işarəsi, 2 haha, 1 like)
Orxana gələn repley
Mamedoff- mamed – duz deyir ordaki mehle menem
Feride Seyidli ( profil şəkli: qucağında ürəyin içində I Love You yazılan böyük panda şəkli)
– Musiqimiz Üzeyirlə doğuldu, Üzeyirlə öldü. (5 like, 3 ürək)
Totu Barca (prof. Şək: Messi sevinən yerdə)
Uşaxlar Raminanın videosu kimdə var?
Totunun rəyində repley edilib, 2 nəfər + atıb
Rasim BatYa (Profil şəkli : dostlarıynan qəlyan çəkən yerdə)
– @Mahmud ahahaha buna bax ,bunun günləri olube,indi sevgilisi qısqanan olub
( Mahmud hələki qoz qoymuyub)
Asmathanim Mooradova (profil şəklin: hansısa lounge-da işığın qabağıbda durub sol tərəf profilinən, biləyini qızdırmasını ölçürmüş kimi alnına qoyub, bir dizi qatdalanıb, fiqurası yaxşı düşsün deyə)
– camaatin heyati sizi niye bu qeder maraqlandirirki? reytinq xetrine edilən paylashimlara gore sehife unlike!!!
(25 like, 11 ürək)
Rəyə 1 repley gəlib
(Həsən Muslum- he de vallah)
Rauf Mamedzade ( prof. Şək:kafedə adi şəkil)
– yəgin qorxur vurarlar)))))
( 15 haha, 7 like)
Arzu Arzu (Profil şəkli: qumda ürəy içində A+E olan)
Camahat marsa uçur,bizdə hələ də qadın maşın sürməz söhbəti gedir.Admin belələrin paylaşıb məşhur etmə
(14 like, 6 ürək)
Elchin Shakirli ( prof. Şək: canavar)
Admin belə adamları paylaşıb tanitmayin xalqa
( 1 like)
Yetim_050_page (prof. Şək. Təsbehlə)
qiryetsizlik bas alib gedir
Veten_yolcusu(prof. Şək: kirilcə Şuşa yazısı)
qarabagi bunlarla qaytaraciq?
Leman_lamicka (prof. Şək: təyyarədən buludlar görünür)
kuklam
Rasim_papanin: (prof. Şək: 07- ə söykənib)
kul seni saxliyanin basina
PATRİOT BAKU: ( prof. Şək. trenajorda)
ADMİN BİRAZDA WEHİDLERDEN PAYLAW

Bənzər Məqalələr

“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək? – Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq...
media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother

Belə havalarda bir xeyli vaxtdır ki, görüşməyən call-center operatoru Cavidan və Kooperasiyanın 3-cü kurs tələbəsi Şahnaz nəhayət ki, “Soyuq əllər, İsti ürəklər” yarmarkasına getmək üçün Torqovlikə gəlmək istəyirlər. Nərimanov metrosundan adi vaxtı 15 dəqiqəlik olan yolu, hər şeydən narazı olan Prius sürücüsünün deyingən səsinin altında 1 saat 10 dəqiqəyə gəlirlər. Fəvvarələr meydanında izdihamın içində bir az da əzilən Cavidan bu...
media-1-4

İndi #hardasa Nigar adında bir qız sevgilisi Orxanla görüşmək üçün evdən çıxmağa hazırlaşır. Orxan da gedib məhlə uşağı Fuadın iş yerinə ki borca pul götürsün. Nigara da deyir ki, papa iş dalınca göndərib. Orxan yığır dostu Elnuru deyir ki, Mehmangilin abyektində otursam qızla maksimum nə qədər şot gələr? Elnur da deyir özün öldürə 20 manat, sən get, mən Mehmanı yığıb...
media-1-8