“iwden sora xengel” qrupu

media-1-17

Belə havalarda maaşı həmişə 3-4 gün gecikən, hardan maaliləşdiyi dəqiq bilinməyən, işçilərin maşını olmasa da qabağında maşın əlindən tərpənmək mümkün olmayan şirkətin koordinatoru Kamran(31 yaş) girir ofisə deyirki, bəlkə işdən sonra bi dənə xəngəl gedək? Bunun da müdürlə əlaqəsi yaxşıdır deyə, işçilər razılaşır. Whatsapp-da “iwden sora xengel” qrupu yaradırlar. Ofisin ən şit üzvü, danışılanda sözü kəsilən, gətir-götür işlərinə gedir deyə işdən çıxarılmayan Elvin ən birinci yazır ki, müdür(koordinatora müdür deyir)bəlkə 50-50 vuraq, dalıyca da “sənin qəzəlivə” stikerini atır. Koordinator da dindar olduğu üçün buna əhəmiyyət vermir, həmən günü işdə olmayan, instagram storidə iki gündən bir qoroskop paylaşan Sevinc, qrupa yazır ki, “uwaqlar meni uzurlu sayin, men bu hefte yoxam” ardıyca da koordinatorun telefonunda “Seva iw покинул(-а)группу” yazılır. Koordinator srazu qrupa yazır ki, “kim gelmirse indiden desin, men zeng vurum yer salxlatdirim” Demək olar heç kimlə danışmayan, həyatda ən böyük uğuru klaviaturada sürətli yazmaq olan, koordinatorun xoşu gəldiyi qızdan xoşu gələn, “a bala sən niyə oxumursan” sözünü eşitməsin deyə politexnikin sonradan ləğv olunmuş fakultələrindən birini bitirən, futbol mövzusu açılanda fikri “onlar milyon qazanır, siz burda bir-birinizi qırırsınız ” olan, hansı dində olduğu dəqiq bilinməyən, ağ Xiaomi Note9 işlədən Rasim qrupa yazır ki, “Menim ishim var, meni chixin” Sonra onun telefonunda “Kamran Koordinator İŞ удалил вас из группы” yazısı görünür.

Bənzər Məqalələr

“Yoo, mamaya 100% nəsə olub, bugün elə bil dəyişib” deyə fikirləşən Vüsalə soruşdu ki, mama, bugün bizə Yəmən xala gələcək? – Yox, Yəmən 3 ay əvvəlki söhbətdən sonra küsüb məndən guya. Kimdir bizə gələn? Buranın qapısını tanıyan var ki? – deyə 45 yaşlı Nəcibə duxovkaya ciyərləri qoymağa başladı, kartoşka qızartmasının üstünə kəkotu, ədviyyatlar yaxşı yapışmışdı. Əri 10 il bundan qabaq...
media-dall-e-2023-10-27-11-28-09-2d-illustration-of-a-cozy-azerbaijani-home-setting-a-young-25-year-old-man-with-contemporary-clothing-is-animatedly-talking-to-his-50-year-old-mother

Belə havalarda bir xeyli vaxtdır ki, görüşməyən call-center operatoru Cavidan və Kooperasiyanın 3-cü kurs tələbəsi Şahnaz nəhayət ki, “Soyuq əllər, İsti ürəklər” yarmarkasına getmək üçün Torqovlikə gəlmək istəyirlər. Nərimanov metrosundan adi vaxtı 15 dəqiqəlik olan yolu, hər şeydən narazı olan Prius sürücüsünün deyingən səsinin altında 1 saat 10 dəqiqəyə gəlirlər. Fəvvarələr meydanında izdihamın içində bir az da əzilən Cavidan bu...
media-1-4

İndi #hardasa Nigar adında bir qız sevgilisi Orxanla görüşmək üçün evdən çıxmağa hazırlaşır. Orxan da gedib məhlə uşağı Fuadın iş yerinə ki borca pul götürsün. Nigara da deyir ki, papa iş dalınca göndərib. Orxan yığır dostu Elnuru deyir ki, Mehmangilin abyektində otursam qızla maksimum nə qədər şot gələr? Elnur da deyir özün öldürə 20 manat, sən get, mən Mehmanı yığıb...
media-1-8