Bərbərxanada kliyentlə söhbət əsnasında
kişi salonlarında belə bir səhnə olur. 50+ vidadi usta klientlə söhbət əsnasında putini masson çıxardıqları moment yan stoldakı rauf ustanın tanışı bir qaqaş girir içəri, əlində maşın açarı, telefon, kaşlok.
deyir: rauf əlində işin çoxdu?
rauf deyir 7 üçün bir adam gəlməlidi, gəlməsə oturarsan.
qaqaş sonra əl üz yuyanı açıb əlini azca nəm eləyir, əyilib sağ əliynən şalvarının sol balağını çırpır. əyildiyi yerdən qalxıb əliylə saçına toxunur sual verir ki, rauf saçım belə yaxşıdı? əslində bu sualı cavab almaq üçün soruşmur. təsdiq istəyir ki, belə yaxşıdır. çünki pis desə də onun saçını qırxdırmağa vaxtı olmayacaq.
başını qaldırır yuxarıda tvdə nəsə boks yarışı gedir, qayıdır ki, mən bu döyüşçüynən bir zalda olmuşam. elə ədaynan deyir ki, elə bil vaxtilə o idmançı bununla bir zalda olduğu üçün indi çempiondu.
sonra yaxınlaşır güzgüyə. bir növ başını soxur güzgüyə, sağ əliynən başına bi dənə sığal çəkir. güzgünün qabağındakı duxudan götürüb koftasına püskürdür. güzgüyə baxanda başını sağ sol eləyir. sonra başını yuxarı qaldırıb burnuna baxır, balaca qayçını götürüb burnundakı tükü kəsir.
srazı bilinir ki, 5-6 gün qabaq nömrə verdiyi gəlin reski yığıb ki, mən nərmanovdayam, 1 saat vaxtım var gəl görüşək, bir də Allah bilir nə vaxt belə imkan olacaq.
vidadi söhbət elədiyi yerdə qaqaşın ekranının yarısı qaralmış ayfon 5-nə zəng gəlir. əliylə “bi dəyqə bağışda” işarəsi verir, çıxır çölə, (görüşəcəyi gəlin yığır) 30 saniyədən sonra salona qayıdıb qapının dalından ayaqqabı şotkasını götürüb ayaqqabısını yüngül silir, deyir ki, “rauf, brat, mən qaçdım, qayıdanda dəyəcəm sənə.”