Levıy işlər görən Valeh qardaşımız

media-1-24
#indihardasa 34 yaşlı, Iqtisad kollecinin sırf ‘oxu, əlində bir sənədin olsun a bala’ ifadəsinə alternativ cavab üçün yaradılmış bir fakültəsini bitirmiş, ağartı məhsulları şirkətlərinin birində satış təmsilçisi işləyən, 6 il əvvəl qohum qadınlar asossasiyasının məsləhəti ilə xalası nəvəsi ilə evlənən, iki uşaq atası, cibləri geniş olsun deyə qara qolsuz balonka geyinən, çayxanada söhbət al-verdən düşəndə döş cibindən qələm çıxarıb dostuna uzadıb ‘ baa məsələn bunu mənə sat görüm necə satırsan’ deyən Valeh, 4 ay əvvəl tanış olduğu, 31 yaşlı, paltar dükanında işləyən, anası rus, atası azərbaycanlı olan, qırmızı, zərli kabrosu olan Samsung A9 işlədən, əsəbləşəndə rusca, normalda azərbaycanca danışan, hirslənəndə ‘svoluç’ deyib sakitləşən, sarı saç Sevaynan yazışır.
Seva hərdən Valehi qısqandırmaq üçün bahalı qadın paltarının şəkilini atıb yazır ki, ‘balaşka buna baa, kak slatkaya da? Müdür jest elese mene yarasar’ Valeh də cavab yazır ki ‘ gijdeme de Seva…’
Birazdan söhbət ciddiyə gedir. Seva bilir ki, Valehdən bunu saxlayan çıxmaz, mesaj yazır ki,
‘ Valex, mən istəmərəm ki daa mənə görə sənin ayləndə söz söpət düşsün gel bitirek bu munasipeti’
Valeh də əslində Sevaya bağlandığını hiss eliyir, qorxur ki, zibili çıxar deyir qırım bunu. Prosta tamahın saxlaya bilmədiyi üçün fikirləşir ki, bir dəfə də görüşüb münaqişə eliyim gərək. Valeh də divanda uzanıb bikarçılıqdan konkulatorda hello yazır, Sevanın mesajını oxuyan kimi səs atır ki, ‘sabah gələcəm evdə üzbəüz danışaq ‘

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6