“Mart gəldi, dərd gəldi”
#Buhavalarda “Mart gəldi, dərd gəldi” sözünü Sima bu ay artıq neçənci dəfəfir ki, deyirdi. 37 yaşlı, evdə 12 yaşlı qızı və 6 yaşlı oğluna baxan Sima günbəgün daha da qarabaqlaşır, 1600 manat maaş alan əri Elvinin beynini son günlər xarab edirdi.
“Camaatın evində stolun üstündə boş yer yoxdur. Şirniyyatlar, quru meyvələr, badam-fıstıq əlindən tərpənmək olmur. Bu da ki, mənim bayramım. Bu uşaqların nəyi tay-tuşlarından əskikdir? Onlar da fındıq istəyir, xurma istəyir, qaysı istəyir. Yazıq uşaq qonşuda quru ananas görüb, gəlib soruşur ki, görəsən bizdə ondan nə vaxt olacaq? Nə cavab verim? Deyim ki, dədən pul qazana bilmir, heç vaxt olmayacaq?”
Elvin sakitcə Simanın dırıldısına qulaq asır, heç nə cavab vermirdi. Yarım saatdan sonra Sima yenə alovlu gəlmişdi. “Paxlavanın kilosu 30 manatdır. Ya mağazadan almaq lazımdır, nə də produktları alırsan ki özüm bişirim. Hanı pul?”
“Simuş, bilirsən axı, indi çətindir, pul yoxdur. Onsuz da həkim o vaxt qoymurdu, deyirdi qoz-fındıqlı şeylərə allergiyası var uşaqların. Düzələcək, hər şey alacam.”
Müxtəlif formalarda bu səhnə hər axşam təkrar olsa da, 19 martda hər şey dəyişdi.
Evin qapısının zəngini kuryer çalırdı. “Xanım, sifarişi gətirmişik”.
– “Nə sifariş, biz heç nə zakaz eləməmişik”.
Kuryer təəccüblə kağızı göstərdi ki, Elvin Cəlalovun evi deyil? Ödəniş də olubdur, gətirmişik qabyuyanı quraşdırmağa.
Sima Elvinə zəng edib elə “bu nə məsələdir, evə …” demişdi ki, Elvin tez yarıda saxladı ki, burax, qoy ustanovka eləsinlər, gəlirəm mən də, bir az ləngiyirəm. Çatıb izah edərəm.
Elvin kefikök, üzündə təbəssümlə içəri girdi. “Hə, xoşuna gəldi?” sualını verdi. Nə baş verdiyini hələ də anlamayan Sima sadəcə başıyla təsdiqləyib “davay, danış görüm” dedi. Hər ikisi divanda oturdu.
– Əslində 8 Marta istəyirdim hədiyyə eliyəm, amma çatdıra bilmədim. Kontaktda görmüşdüm, internetdə də araşdırmışdım, yaxşı yuyur, həm də suya ekonom edir.. Kreditlə verirdilər onsuz da 18 aylıq. Qətiləşdirmişdim ki, götürəcəm kreditə, martın 27-nə qədər vaxtı var kampaniyanın. Sonra gördüm ki, nağd alışda yaxşı endirim var, dedim ki, ondansa özümü sıxım, nağd alım. Tak şto, ona görə evə paxlava-şəkərbura almırdım. Pulu yığırdım. Qarantiya kağızını da itirmə. Amma 10 gündür mazqimi apardın. Badam belə gəldi, innab belə getdi…
Özünü çox xoşbəxt hiss edən Sima 15 il əvvəlki, təzə tanış olduqları vaxtdakı kimi burnunu çəkib gülümsündü. “Badamım da sənsən, innabım da, paxlavam da…Eh, mən də son günlər dəli olmuşdum əsəbdən. Yaxşı, düşüm aşağı, uşaqların yeməsi üçün bir az qovurğa, iydə alım. “
-Hansı pula? – Elvin təəccübləndi.
-Noyabrda uşağın sünnətində Sahib dayısı 100 manat vermişdi, saxlamışdım onu – deyib Sima bic-bic güldü, əyilib rojokla qara ayaqqabısını geyindi.