Makler həyatı
Neftçilər-Həzi Aslanov tərəflərdə evlərin alqı-satqısı və kirayəsi ofisi olur. Dilqəm adında 40-50 yaş arası bir makler işləyir ofisdə. Dediyinə görə əvvəllər taksidə işləyib, alınmıyıb sonra başın buraxıb.
Deyir əlimdə yaxşı evlər var “hərbi” (hər bir) şəraiti var. Tanımadığı nömrədən zəng gələndə səs tonu Samir Bağırovdan İlqar Muradova keçir. İş həyatındakı ən rəsmi sualı “subay adamdı ya evli?” sualıdır. Qara nokiası var 7 gün zaryadka saxlayan, ekranı da çat verib. O vaxt dayısı ‘rasiya’dan alıb. İndi imkanı var e təzəsin almağa amma o yadigardı, dəyişmir.
Dəqiqədə 37 dəfə balasının canına and içə bilir. Deyir bu evə 350 verirdilər, prosta görürəm sən panyatkalı oğlana oxşuyursan sənə 300-ə verərəm. O biri ‘kılyent’ insan adam deyilmiş, deyir.
Heç məşədə getməsə də məhlədə hamı buna məşədi deyir. 120 manatlıq evi elә tәrif edir, sanki 800 manatlıq villanı tәrif edir. Deyir metroya yaxındır, ayaqnan 5 dəqiqəyə çatarsan. (avtobusnan 20 dəqiqəlik yol var metroya)
Әn böyük xәbәrdarlığı, qaqa, qız-mız olmasın, cavansan, mәn dә sәn yaşda olmuşam, amma mәn ev yiyəsinə deyәcәm xaloğludu, qoy versin evi, oğlan uşağına vermir dә, mәn indi deyәcәm belә, sәn diqqәtli ol da. 1-2 gün pulu gecikdirsәn dә olar, xazәyin yumşaq adamdır. Evin yanında 24 saat market dә var, ayaqnan 10 dәqiqәlik yoldur. (3 tin gedirsən, ən tez 20 dəqiqəyə çatmaq olur)
Dediyinə görə podmayak ev olur әlindә, bir iki günә ona baxmağa gәlәn olur hәmişә amma gəlmir.
Deyir nizamidә 1 milyona obyekt var idi, әldən çıxdı, başqa makler satdı…