Ağdamın alınmasını qeyd etmək üçün qonaqlıqda
#İndihardasa Neftçilər tərəfdə Müseyb kişinin evində 50-60 yaş arası dayı kruqu Ağdamın alınmasını qeyd edir. Yeyib-içməyin piyanlıqdan hərfləri yemə mərhələsidi. Vəziyyət o həddə çatıb ki, “qadan alaram” ifadəsi ‘qaad arm” kimi səslənir. Əvvəl hamı siqareti çıxıb balkonda çəkib gəlsə də artıq məclisin 135-ci dəqiqəsində it yiyəsini, qonaqlar öz paçkasını və zajqalkasını tanımırlar.
Vaqif kişi Ağdamda kənddəki evində erməni ustasını yarım litr araq və 1 bidon nehrə yağına işlətdiyini deyəndən sonra söhbətə dəxlisiz şəkildə 57 yaşlı, parket işinə baxan, imkanlı, ən sevdiyi söz “bekara” və “ehtaş döül” (ehtiyac deyil) olan Səlahət kişi sağındaki oturacağın başından tutub ayağa qalxıb deyir:
“Elə söhbət tüşmançılıxdan düşmüşkən qo birin də mən deyim” Habil kişi dişini qurdalıya-qurdalıya qayıdır ki, hə e denən, sən heş dünən də demiyifsən. Hamı yüngül gülüşür, Səlahət qayıdır ki, ” bir gün İsgəndərin yanına, patşah İsgəndəri derəm, bir falçı gəlir deyir ki, sənin 17 dənə tüşmanın var. İsgəndər də buna təpinir ki, bəs mənim bir tüşmanım var onu da öldümüşəm, dünya əyağımın altdadi sən nə danışıssan e?! Falçı da qayıdır ki, bəs saraydakılar? İsgəndər bir az fikirləşir, barmağın tişdiyir falçıya qayıdır ki, bay, ə sən nə bildin sarayımda 16 nəfər vəzirim, əyanım var? Həə, indi sözüm onda yox, bu rusun arağı da zəhərdi elə bil.
Səlahət kişi yerinə oturan mament ev yiyəsinin yaş yarımlıq nəvəsi stolun ayağında əlində işıqlı oyuncaq avtomat dayanıb kalqotasına işəyir