İnstituta girən qızın Bakıya gəlməsi
Artıq bu gün evdəkilər Nigarı rayondan Bakıya gətirməyə hazırlaşır. Nigar yüksək balla İqtisad Universitetinin pulsuzuna daxil olub. Ayağını da dirəyib ki, çatan kimi mənə Samsung A50 alın. Böyük bacısı Nərmin də Bakıdadı. ADPU-da 4-cü kursda oxuyur. Neftçilər tərəfdə 2 tələbə qızla bir yerdə qalır. Balaca bacısı da onlardan birinin yerinə gələcək. Nərminin artıq qarnı ağrıya düşüb ki, balaca bacısı sevgilsiylə aralarında olan münasibətdən xəbər tutacaq. Vatsapda qaqaşa yazır ki, “mamagil bacını gətirəcəklər birazdan. Baş qarışıq olacaq mən yazmamış yazma meymuw”
Nərmin evdəki o biri qıza tapşırır ki, bacısının yanında sevgilisinin arada evə gəldiyi haqda nəsə deməsin, ümumiyyətlə, Muradın adını ağzına almasın. Murad özü də Aviasiya Akademiyasında 4 cü kursdadı. Xirdəyə qədər də kəsri var. Axşam Nərminin papasıgil gəlib çatacaq. Balaca qardaşı Arif də çata kimi dirənəcək ki, telefonu ver iqra oynayayım. Bu moment Nərminə soyuq tər gələcək. Özünü ora bura vurub şəkilləri, vatsapdakı smsləri zadı siləcək. Kontakda da Muradın adını dəyişib, Murad qrup qoyacaq.
Nigar isə 2 həftə sonra iqtisadiyyatdan ona dərs deyəcək 24 yaşlı müəlliminə aşiq olacaq. Arada vatsapda Necat İşlerden sitatlar paylaşacaq. Bacısı da reply yazacaq ki, “öldürərəm ha səni quzum, hələ tezdi. Dərslərini oxu”