Qarabağ döyüşləri gedən 44 günün birində

media-1-31
(hadisə bir neçə gün əvvəl baş verib)
#İndihardasa Nərimanovda veteranlar otağındakı 5 nəfər dayı müharibədən danışırlar. 65 yaşlı, o vaxtı könüllü döyüşmüş Rakif dayı qalın “west” dən bir tüstü dartıb üzbəüz oturan Miradəm kişiyə qayıdır ki, “torpaxlardan nə deyillər?”Miradəm də deyir ki, “ə nə deyəjəhlər? Putin bizimkinə yığıb deyib 5 rayon verirəm. Bizimki də deyib ki, ta ehtaş döül, özümüz göttüh. Haha.” Hamı gülür. Əziz kişi də öskürə-öskürə gülür. Çaydan bir qurtum alıb Akifə deyir ki, “Zarafat bir yana, bu Putin nə yaxşı dillənmədi?” Akif də qayıdır ki, “Əziz, uşax döülsən ha, yetmişi haxlıyıfsan. Putinnih döül. Urus hərbi gəmiyi Dərbənddən sürüf Xəzərə. Türh də dronu qoyuf Ziriyə. Urus gəmiyi xodduyan kimi, dron başın qaldırır ki, aə nağarsan? Urus tez gəmiyi xoddan yatırır.”
Nəcəf də konfet kağızını bükə-bükə qayıdır ki, “Bə nə?! O bir yana e, bizim saldatdar Laçının Səfyanındadı. Əyaxnan getsə üş saata qaldordadı. Oruyu da tutdu erməni dağdan-daşdan düşüf qaçanmıyajax. Elə orda ürəyi partdıyıf öləjəh.” Əziz kişi də deyir ki, “Bə nağarmalıdı? Salyarka getmir, çörəh getmir.” Rakif də deyir ki, “Çörəh getmir, otdasınlar. Haha” Yenə hamı gülür. Əziz bu dəfə öskürmür.
Qəfldən Miradəm “Aə dəyan e, dəyan! Kişi danışır” deyir və aralarında ən kiçik olan 63 yaşlı Nəcəfə qayıdır ki, “Dur kişiyə xod ver” Nəcəf kişi qalxıb üstünə “JVC” yazılan, iki düyməsi içinə batmış, rəngləri bir-birinə qarışmış, 40 ekran televizorun yanına gəlib səsini artırır. Hamı sakitcə Prezidentin çıxışına baxır. Prezident paşinyana təlxək deyəndə Rakif yanındakılara göz vurub deyir ki, “Dədəsinin oğludu e, qadasını aldığım” Bu vaxt televizorun ekranı titrəməyə başlayır, Nəcəf kişi qalxıb televizorun başına bir yumruq vurub yerinə oturur. Akif də qayıdır ki, “ Aə erməni başı döül e yavaş vur. Haha” hamı gülür. Prezident bu arada Qubadlının azad olunma xəbərini verir. Hamısı sevincindən ayağa qalxıb bir-birini qucaqlayır. Mirələm telefonu çıxardıb qubadlılı dostu Qaçaya zəng vurub deyir “Sən də ta qaşqın döülsən. Qubadlını göttüh!”.

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6