Paint ball oynamaq istəyən tələbə kruqları
Paint balla gedən kruqlar olur. Lap axırda da hamı silahı göyə qaldırıb şəkil çəkdirirlər qrup şəklində, kaskları da əldə tutublar. Elə bil Qarabağı alıb gəliblər bu dəqiqə. Ermənistan tərəfə də keçmək istəyiblər ancaq deyiblər qayıdaq burdan…
Belə söhbət olur axırda. Kruqdan biri qayıdır ki, burda yer balacadı. Mən yaxşı yer tanıyıram plaşadka genişdi. Gizlənməyə yer çoxdu. Həm də eyni pula çox güllə verirlər. Çıxanda deyirlәr hə, gələn hәftә gedərik ora. Ancaq getmirlər…
O çəkilən şəklə həmişə bu tip rəy yazılır: “Ребята просто суперсиз”. Гюля Мамедова yazır bunu. Bir qaqaş da yazır ki, Salmanı vurub öldürərdiz də…
Biri dә girib yazır ki, Nurlan whatsappa bax, whatsappda da soruşur ki, axırdan ikinci qız kimdir? Deyir hansı, deyir әli ilә saçını tutan. Nurlan da deyir, ala sevgilisi var onun, o da gəlmişdi…
Rəydə çox zaman Fuad Abıyev adlı birisi bu tip bir şəkil qoyur: Şəkildə silah birinin başına tuşlanır. O da əllərini yuxarı qaldırır. O rəyə cavab olaraq da bu yazılır: “Fuad o biri şəkli atma buraaaaaaaa)))” Seva Agasiyeva yazır bunu…