İlk dəfə görüşən sevgililər

media-1-15
İndi hardasa maşınında bütün günü muzikalnı meyxanalara qulaq asan, iki dənə telefon işlədən, bütün reaksiyaları “ə yaxşı” sözündən ibarət olan, hər ay maşınından şikayət edib, bunu rədd edəcəm deyən, atasının şotuna yaşayan 29 yaşlı Toğrul gedir instagramda tanış olduğu qızla ilk görüşə. Qıza yaxınlaşanda əl görüşürlər, qız utandığı üçün yalnız 4 barmağını tuta bilir Toğrul. Qızın adı Nilufərdir 24 yaşı var, Bakı Dövlətin “diplomum da var” sözünü deməyi üçün olan fakultələrindən birini bitirib, instagramda adı Nilayofficialpage-dir, 64 min izləyicisi var, özü 4 nəfəri izləyir, üçü xarici səhifədir, biri bu görüşdüyü oğlan, özü də 64 minə baxmayaraq nətər olursa şəkillərinə 120 like gəlir, bütün dünya yığışsa səhifənin panel olduğunu sübut edə bilməz ona. Bütün mesajlara özü cavab verdiyi halda, biosunda “reklam üçün – menecer @qasimaze” yazısı var.
Toğrul qıza “maşın burdadı, istəyirsən buralarda oturmayaq, sakit yerə gedək”, deyir. Nilufər başa düşür ki, bir həftədən sonra “rayona gedək” deyəcək sifət var bunda, deyir yox, elə buralarda bir yer tapaq, tez gedəcəm mən. Toğrul başı ilə razılıq verib, srazu whatsapda lounge işlədən dostuna “qaqa kabineti saxlama alinmadi daniwaram sora” yazıb, telefonu atır cibinə.
Bunlar otururlar hamının çayı 15 dəfə baha içdiyi yerlərin birində, ofissiant başlarının üstündə əllərini önünə çarpaz qoyub, “menyudakılardan bir dənə tiramisu yoxdu hal hazırda” xatırlatmasını edir. Soruşurlar ballı tort var deyir, o da yoxdu. Sifarişləri götürüb uzaqlaşan kimi, Nilufər qayıdır ki, şəkildəki kimiyəm? Toğrul da deyir, xarici görünüş mənim üçün boş şeydi e, sənlə danışığım tutmasaydı buracan gəlib çıxmazdıq, mənçün birinci insanın ağlıdı, sonra görünüşü. Nilufər də çayından bir qurtum vurub deyir ki, hə indikilər bi dənə kitab oxumur, əvvəlki kimi deyil. Bu moment Nilufərə Asim099 kontaktından “mesajima niye baxmirsanki” mesajı gəlir? Nilufər ekranı kilidə salıb, telefonu yerə qoymadan asta səslə “burda ayaqyolu hansı tərəfdədi” sualını verir.

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm? Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu...
media-ata-ogul

– Dütdülü…Bu da pəncü-sə. Aradabir çayı üstü qaralmış feyxoa mürəbbəsiylə ötürərək zərləri nərdtaxtada tıkkıldadan, 55 yaşlı İbrahim çoxdandır dostluq etdiyi, ayda 1 dəfə görüşdüyü Şirzadla gah Ukraynadan, gah Zəngəzura çəkilən yoldan, gah Ərdoğanın siyasətindən danışsa da, əslində son vaxtlar çox fikirli olurdu. Əvvəllər həmişə üzügülər, dost-tanışa kömək edən, mühəndis kimi aya 2500+ qazanan İbrahim indi üzdə görünməsə də, içində dərd...
media-2d-illustration-a-charming-scene-of-a-50-year-old-man-immersed-in-a-backgammon-game-with-a-friend-at-751362312-1