27 yaşlı ofisiant Seyfəli səhər Bakıda ən acıqlı, elə Bakının özünə ən çox nifrət edən adam idi. Qanı it qanına dönmüşdü Seyfonun (dostları onu çox vaxt belə çağırır). 1 həftə əvvəl adını daşıdığı babasının ölümüylə əlaqədar rayona getmiş, orda hüzürü yola verməkdə kömək etmişdi. Qayıdanda evdəkilər toyuq soyutması, fəsəli, kənd yumurtası, yasdan qalan halva da qoymuşdular. Nə qədər desə də...
Etiket: qaqaşlar
İndi hardasa karantinə görə kafedə yox, Bakı kəndlərinin birində şəhər uşaqları yığışıb Muradın ad gününü qeyd edirlər. Məclisdə 11 nəfər var, ikisi gecikir amma birazdan gələcək. Fəallıqları ilə seçilən məclis iştirakçıları: 1) Səbəbkar, Murad. Muradın 25 yaşı var, Razində qalır, atası qızıl işinə baxır. Pərviz Bülbülə ilə Baləlinin şeirlərinə xod verib Malakanda priyora ilə fırlananda elə bilir ki, qızlar pəncərədən...
#İndihardasa çayı kabinetə piletka şokaladsız verilməyən kafelərin birində İqtisada pul ilə girən, pulun hesabına da oxuyub qurtaran Elçinin əsgərgetdisidi. 10 nəfər oğlanın 9- u içib. Hamısı eyni vaxtda danışır, məclisdə xana düşür uje. Vüqarın ekranında “YETƏRKİ MƏNƏ ÖMRÜM DESİN, SONRA İSTƏSƏ ÖMRÜMÜ YESİN” şəkli olan telefonuna instagram şəkli “OKUZ,SENİ SEVİREM” olan sevgilisindən gələn mesaj görünür. WhatsApp ” Decelim” 1 yeni...
Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa...