Ad gününə yığışmış dostların kruqu

media-1-29
İndi hardasa karantinə görə kafedə yox, Bakı kəndlərinin birində şəhər uşaqları yığışıb Muradın ad gününü qeyd edirlər. Məclisdə 11 nəfər var, ikisi gecikir amma birazdan gələcək. Fəallıqları ilə seçilən məclis iştirakçıları:
1) Səbəbkar, Murad. Muradın 25 yaşı var, Razində qalır, atası qızıl işinə baxır. Pərviz Bülbülə ilə Baləlinin şeirlərinə xod verib Malakanda priyora ilə fırlananda elə bilir ki, qızlar pəncərədən içəri nömrə ata bilər. Murad dostu Şəhriyara əvvəldən kurs qoyub ki, uşaqlara tapşır “adama 10-dan 15- dən kimin nəyə gücü çatır atışsın yeyib-içməyin xərci çıxsın. Amma Miridən alma, 5 aydı işləri dayanıb”
2) Şəhriyar. 26 yaşı var, Binədə dayısının yanında kostyum işinə baxır. Hamı ona qara Şako deyir. Təfəkkür universitetinin ona həyatının heç bir mərhələsində lazım olmayacaq fakültəsini bitirib.
3) Nazim. 25 yaşı var.Əxi deyirlər. Əvvəl namaz qılan olub, indi qılmasa da yenə də içki içmir. Neftçilərdə telefon aksesuarları satır.
Məclisin şirin yerində gecikən Valeh gəlir, əlini sinəsinə qoyub ” day görüşmürəm də opşi salam, təbrik eliyirəm brat, 25 oldu da mən 1 il dayansam gəlib catirsan” deyib stoldan xiyar götürüb ağzına atır. Zarafatına hamı utanmasın deyə, yüngül qımışmayla reaksiya verir. Murad qayıdır ki, “bunlar 3 qardaşdı, üçü də belədi” hamı gülüşür.
Elә bu an, Valeh iki әli ilә yanlardan köynәyinin çıxan yerlәrini şalvara sala sala, ağzında siqaret başını da yuxarı tutur ki, gözünә tüstü girmәsin, deyir ki, Cavidan da gәlir, yenә hansısa ustada maşının dalıyca getmişdi(pauza verir, gözünә tüstü girdiyi üçün tez әlini çәkib, dirsәyi ilә sıxır gözünә, davam edir) vobşem nәsә çatmırsa deyәk, alsın. Barmağın tüstü girәn gözünün iç tәrәfinә vurur ki, sulanmasın.
Cavidanın 25 yaşı var, ömrü boyu әli ağdan qaraya dәymәyib, İnfiniti sürür, küçәnin başından maşının sәsi mәhәllәni bürüyür. Әllәri dolu olduğu üçün hәyәt qapısından böyrәmәsinә girir, qara köynәk, qara şalvar, qolunda da qızılı saat sumkaları qoyur yerә, qışqırır ki, ә gәlin birini götürün dә nәtәr adamsuz, Valeh bir әlindә telefon gedә gedә deyir ki, sәn Allah bunun vidinә baxun, tәzә çıxan Qara Bizona oxşayır, ad gün yiyәsi deyir qara yox, Black Diamond ay çuşka, gülüşürlәr.

Bənzər Məqalələr

#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də...
media-dall-e-2024-03-15-11-14-27-a-diverse-group-of-four-azerbaijani-girls-on-a-street-each-with-unique-styles-and-characteristics-the-first-girl-has-long-dark-hair-and-traditional

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66

#Indihardasa 60 yaşlı, uzun illərin məmuru, 3 ildir ki, yay-qış demədən səhər 06:30-da göy sportivniynən bulvarda qaçdığı üçün heç vaxt ölməyəcəyini düşünən Əfrasiyab müəllim, oğlu 25 yaşlı, Türkiyədə ‘ekonomi’ oxuyub gələn oğlunu, varlı olmayan bir dostunun qızıynan baş-göz eləmək üçün niyyətini palit eləmədən dostu Ənvər kişi gilə qonaqlığa gedib. Ənvər kişinin qaynı 45 yaşlı, jek işçisi, özünü tanıyandan bəri tez...
media-1-6