Sinif yoldaşlarının 12 il sonradan görüşməsi
İndi hardasa həyatda ən böyük uğuru “xalxın uşağı” olaraq göstərilmək olan, atasının “a bala oxumasan zibil daşıyan olacaqsan” sözünü yeməməkçün universitet oxumuş, işi, maaşı hamıya naməlum olan, qohum əqrabayla buz kimi münasibət saxlayan 29 yaşlı Anar,. 12 il sonra sinif yoldaşları ilə görüş yerinə, narahat olsa da onu fərqli göstərən geyimlə gedir. Sinif qızları hamı evli olduğundan gəlməyiblər, bir tək hələ də təhsilin dalıyca düşüb subay qalan sinifqom Nəzrin görüş üçün yaradılmış qrupa “Uşaqlar, məni üzrlü sayın, mən tək orda neynəyəcəm? Sizə bol əyləncələr” yazıb, ardıyca da qrupda “Nezrin sinif покинул(-a) группу” yazısı görünür
Görüşdə məktəb vaxtından telefon əlindən düşməyən, saçlarının arxası həmişə uzun olan, polad alemdarın geyindi yi paltodan geyinən, həmişə “mən evlənməyəcəm” desə də məktəbi bitirən kimi bütün sinifə dəvətnamə yollayan, qaynatasının hesabına indi bank işçisi olan Cavid, əslində gülməli olmayan məktəb xatirələrindən danışır. Hamı yalandan gülüşür, oturduqları çay evinə özünü həmişə gəlirmiş kimi göstərən, ən böyük uğuru sinifin şefi olmaq olan Nahid, ofissiantı çağırıb, qaqa iki dənə stəkan ver adam gələcək deyir, özünün o çay evində məxsusi olduğunu göstərmək üçün “Etibar burda deyil?” sualını verir.(Etibar çay evini arendaya götürən adamdı)
Görüş başlayandan qaynayıb qarışmayan, ən böyük arzusu Real Madridin oyununa canlı baxmaq olan, heç olmasa bir gün Realla Qarabağın oynayacağına ümid edən, oturandan başı telefona qarışmış, gözlərinin yaşıl olmasına rəğmən hamının göygöz çağırdığı Fərid başını qaldırır, ay Nahid bura hara gedir dəqiq olaraq? Qasımgil soruşurlar.
Nahid də deyir ki, belə tapa bilməyəcəklər yığ ver mənə. Nahid uşaqlara yeri deyəndən sonra, Fəridin son olaraq telefonda Kontakt Home-un kompaniyasına baxdığını görür. Qayıdır zarafatla başlayır ki, bu nədi endirim kampaniyalarına baxırsan, ə sənin pulun var? Fərid də sinifdə həmişə ağıllı ağıllı danışmağı ilə seçilən uşaq olaraq, telefonu tez Nahiddən alıb deyir ki, ekranı sınıq telefonuva yaraşır elə mənə lağ eləmək, birincisi pulum var, ikincisi kampaniya elə pulu olmayanlar üçündür! Ücüncüsü də ki, İlkin ödənişi yox, faizi yox, komissiyası yox! Ayın 30-na qədər də kampaniyadır, get özüvə bir dənə normalnı telefon götür heç olmasa, zəng gələndə bilmirsən kimdir yığan.
Nahid zarafata salıb əl-qol zarafatı eləyir, qaynatasının hesabına bankda işləyən Cavid də tez müdaxilə eləyir ki, üzr istəyirəm yoldaşımın ofisinə ordan printer zad götürmüşük o gün, gərək bir az gözləyəydik kampaniya vaxtı alardıq. Bu moment içəri gecikmiş Qasım girib, salamsız kəlamsız başlayır ki, aə səsiviz çölə gəlir, nə Kontakt Home davasıdır salmısuz, qardaşım orda işləyir, faiz maiz də yoxdu, gedin daşıyın mebel zad, uzağı qaynatıvız gəlib bağlayacaq da. Hamı gülüşür, kamera iri planda Cavidi göstərir.