#istəyirəm uşaqları da götürüm gedək masallıya. Səhər tezdən çıxaq, axşam qayıdaq. Bacanağım da yoldaşını, uşaqlarını götürsün qoşulsun bizə. Onda köhnə qara tukson, məndə də gümüşü çeşka. Arxa-arxaya iki maşın çıxaq. Bacanaq feysbukda hamımızı taglıyıb belə status yazsın: go go masalli istirahet with Мужган Рустамова, Rafiq Isakov, Тарана Исакова. Əmioğlu, Krutoy Qafqaze4 Isak-off profili rəyə yazsın ki, “brat hemiwe gezmekde”. mən...
#buhavalarda
İndi #hardasa bir axran aztv idman kanalında avropa oyunlarının dağ velosipedi yarışlarının 18-ci təkrarına baxır. Baxdığı televizor ev antenası ilə işləyir, bir qulağı da sınıb. Nə qədər nastroyka edir ki, həm səs həm görüntü təmiz olsun, bacarmır. Ya səs xışıldıyır, görüntü normal olur, ya da əksinə. Ürəyində deyir əşi heç olmasa səs gəlsin darıxmayım, kimdi e, gecə vaxtı buna baxan....
kişi salonlarında belə bir səhnə olur. 50+ vidadi usta klientlə söhbət əsnasında putini masson çıxardıqları moment yan stoldakı rauf ustanın tanışı bir qaqaş girir içəri, əlində maşın açarı, telefon, kaşlok. deyir: rauf əlində işin çoxdu? rauf deyir 7 üçün bir adam gəlməlidi, gəlməsə oturarsan. qaqaş sonra əl üz yuyanı açıb əlini azca nəm eləyir, əyilib sağ əliynən şalvarının sol balağını...
Bina evində keçirilən 15-20 nəfərin yığışdığı ad günü məclisləri olur. O məclislərin olmazsa olmaz dialoqunu deyim sizə: – kiməsə çörək lazımdı? – yox, hər şey var, gəl özün də otur. – mən elə bayaqdan əl üstü yemişəm bişirə-bişirə. Siz nuş eliyin. Yeməyin şirin yerində iki ilin yeznəsi Asif (sığortada işləyir, 9 may barədə fikri budur ki, almanlar o vaxt udsaydı...
İndi #hardasa 50+ Cövdət dayı yoldaşının balaca, dama-dama blaknot kağızına yazdığı siyahını kontrol edib evdən çıxmağa hazırlaşır. Siyahı təxmini belədir: ики тендир чорейи гарох ири банка майонез ири Хийар туршусу Картоф 2 кило Чуғундур Көк Галлански пендир 200 гр Гоз 200 гр Йумурта кəнд 20 дəнə Ванил Песок 1 кило Габартма тозу Гатыг Yoldaşı 50+ Gülbahar xala qapının ağzında paltosunu...
Belə günlərin birində, 2-ci dərsdən sonra, böyük zəngdə hansısa bir məktəbin 27+ ingilis dili məlliməsi Nigar məllimə əlində bir salafan balaca snikers konfetlə girir məllimlər otağına, başlıyır konfeti paylamağa. Soruşurlar ki, bəs ay Nigar xeyirdimi? Deyir nişanlanmışam. Hamı başlıyır təbrik eləməyə. Kimya məlliməsi Zülfiyyə deyir ki, yarıyanlardan olasan ay Nigar, çalış toyu da çox yubatma. Coğrafiya məlliməsi Yasəmən də zarafatyana...