#statuslar

Belə havalarda maaşı həmişə 3-4 gün gecikən, hardan maaliləşdiyi dəqiq bilinməyən, işçilərin maşını olmasa da qabağında maşın əlindən tərpənmək mümkün olmayan şirkətin koordinatoru Kamran(31 yaş) girir ofisə deyirki, bəlkə işdən sonra bi dənə xəngəl gedək? Bunun da müdürlə əlaqəsi yaxşıdır deyə, işçilər razılaşır. Whatsapp-da “iwden sora xengel” qrupu yaradırlar. Ofisin ən şit üzvü, danışılanda sözü kəsilən, gətir-götür işlərinə gedir deyə...
media-1-17

İndi hardasa çörəyi reytinqdən çıxan 300 min izləyicisi olan səhifələrin birində hansısa müğənninin açıqlaması haqda ” Mənim sevgilim dövlət məmurudu, icazə vermir maşın sürüm” başlıq olan paylaşımına bu rəylər gəlir. Bakili Balasi ( profil şəkli: köhnə bulvar) – Biz ne vaxt bele korrandix axi (3 like) Orxan Eli-zade ( profil şəkli: göy nivada qara eynəklə yandan çəkilib) Mehle uwaqim bunun...
media-1

İndi #hardasa 1 ay qabaq yeznəsindən 10 günə qaytaracam adıyla 200 manat alıb 1 gün içində qəpiyinəcən kafedəki ofisiant qıza xərcləyib poxa düşmüş 21 yaşlı Ceyhun, 1 manatlıq çayxanada Anar və Orxanın şahidliyi ilə (güləşçi Orxan deyirlər) dostu Qaqaşı (əsl adı Mirhüseyn, babasının adını qoyublar deyə qaqaş deyirlər) inandırmağa çalışır ki, Kontakt Home dan onun adına ilkin ödənişsiz, kreditə telefon...

Müsavat Ermənistanın İrana dəstəyinə etriaz aksiyası keçirir. Paylaşıma gələcək rəylər Zakir Əliyev -halaldı uşaqlara. Mahmud Huseynov -3 ,5 nəfərnən guya nolacağee Damla_fun_Ayaş – (37 like, 23 ü ürəy,9 u sad olmaq şərtiylə) Abdulhaqq Abdurrazzaq -fars milləti bu ölkəyə qənimdi Sadiq_313 -yalançının dili qurusun,utanee utan Rafiq Sabirabad -sən bas bankövə vahabi Əhməd Qubavi – Abdulhaqq,əxi milləti qatma,ədalətli olaq. Balası*var*Balamın* -xanım düz...

Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa...

Bir sabunun həyat hekayəsi. Bu sabun şəhər “optavoylarından” firma maşınlarında rayonlara gedir. Ön oturacaqda və sükanda əyləşən, 28 yaşlı, saçı yarıyacan tökülmüş, Pərviz Bülbülənin, Damlanın və instagramdakı “miss_vizajiss” profilinin fanatı olan, ən böyük məqsədi Hövsandakı torpağını satıb maşınını dəyişmək olan Mahirlə, 26 yaşlı, banka 7500 dollar borcu olsa da ödəməyən, müdürün dalınca danışan, nişanlısının adını telefona “My LoVe” yazan, black...
Daha çox yüklə
loading