#Buhavalarda Yeni Yasamalda yaşayan Ağasəfin 10-cu sinifdə oxuyan oğlu Cavidanın ad günüdür deyə axşam gələcək qonaqların qabağına çıxmaq üçün güclü hazırlıq gedir. “Qışda, özü də bu qarlı havada hinduşkanı hamı bəyənəcək” deyə dodaqaltı danışan Cavidanın anası Mehriban salat üçün göyərtini doğrayır. Bu vaxt sabah sevgilisi ilə görüşə hazırlaşan 20 yaşlı qızı Solmaz hamamdan anasını çağırır ki, duşdan isti su kəsildi,...
#buhavalarda
Belə havalarda məhəllələrin birində adının ikinci hərfi ilə sonuncu hərfi qopmuş, qapısında saralmış “Kontur Var” yazısı olan Vüsal marketin qabağında 92ci ilin mersedesi hər iki qabaq qapısı açıq vəziyyətdə dayanır. Maşınının üstündə taksi nişanı olmasa da bütün məhəllənin taksi olaraq qəbul etdiyi, ona dərd danışanlara hər iki qızını karantindən qabaq gəlin köçürdüyünü deyib, bəxti gətirdiyini gözə soxan, yuxarılarda qohumu olsa...
İndi hardasa maşınında bütün günü muzikalnı meyxanalara qulaq asan, iki dənə telefon işlədən, bütün reaksiyaları “ə yaxşı” sözündən ibarət olan, hər ay maşınından şikayət edib, bunu rədd edəcəm deyən, atasının şotuna yaşayan 29 yaşlı Toğrul gedir instagramda tanış olduğu qızla ilk görüşə. Qıza yaxınlaşanda əl görüşürlər, qız utandığı üçün yalnız 4 barmağını tuta bilir Toğrul. Qızın adı Nilufərdir 24 yaşı...
İndihardasa Rayonlarımızın birində tam adı Qurbanəli olan Qurban dayının 50 illik yubileyi üçün həyətdə yığışıblar. Qurbanın oğlu (Nurlan 26 yaş), əlində 10 dənə zavod çörəyi həyətə gəlir, anası (Lətifə 49 yaş) qaçır qabağına ki, salfetka yaddan çıxdı qaç onu da al mama qurban, atası da öz siqaretiylə dostu Ədalətin(51 yaş, qayıda işləyir) siqaretini göstərib qışqırır ay Nurı bunların da hərəsindən...
#beləhavalarda hansısa özəl şirkətin 10 nəfərdən ibarət marketing teami (komanda yox team) xəngələ getmək planı qurur. İlk təşəbbüs həmişə kollektivçilik anlayışını yaşadan Leyladan gəlir. Yutubda Sami Yusufun Nəsimi kompozisiyasının Təyyar giriş eləyən yerində probeli basıb videonu saxlayır, danışmağa başlayır. -Uşaqlar mən o dəfə Nərmişnən (tənha bayquş misalı tək gedib) xəngəlanda getmişdim. Kakoy ujas da o qədər yedik-içdik yenə şot dəxşət...
Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa...
Daha çox yüklə