Belə havalarda məhəllələrin birində adının ikinci hərfi ilə sonuncu hərfi qopmuş, qapısında saralmış “Kontur Var” yazısı olan Vüsal marketin qabağında 92ci ilin mersedesi hər iki qabaq qapısı açıq vəziyyətdə dayanır. Maşınının üstündə taksi nişanı olmasa da bütün məhəllənin taksi olaraq qəbul etdiyi, ona dərd danışanlara hər iki qızını karantindən qabaq gəlin köçürdüyünü deyib, bəxti gətirdiyini gözə soxan, yuxarılarda qohumu olsa...
#buvaxtlarda
İndi hardasa maşınında bütün günü muzikalnı meyxanalara qulaq asan, iki dənə telefon işlədən, bütün reaksiyaları “ə yaxşı” sözündən ibarət olan, hər ay maşınından şikayət edib, bunu rədd edəcəm deyən, atasının şotuna yaşayan 29 yaşlı Toğrul gedir instagramda tanış olduğu qızla ilk görüşə. Qıza yaxınlaşanda əl görüşürlər, qız utandığı üçün yalnız 4 barmağını tuta bilir Toğrul. Qızın adı Nilufərdir 24 yaşı...
#beləhavalarda hansısa özəl şirkətin 10 nəfərdən ibarət marketing teami (komanda yox team) xəngələ getmək planı qurur. İlk təşəbbüs həmişə kollektivçilik anlayışını yaşadan Leyladan gəlir. Yutubda Sami Yusufun Nəsimi kompozisiyasının Təyyar giriş eləyən yerində probeli basıb videonu saxlayır, danışmağa başlayır. -Uşaqlar mən o dəfə Nərmişnən (tənha bayquş misalı tək gedib) xəngəlanda getmişdim. Kakoy ujas da o qədər yedik-içdik yenə şot dəxşət...
Bu gün günorta hardasa Elvin, Elməddin (Eliş), Rəşad, Pərviz, Mirəli və Totu ( Toğrul) Totunun avanqard güzgüsündən sallanan üzərinda bayraq olan boks əlcəkləri, arxasında qarmoşka pərdə olan Priorasına Allaha pənah preslənib Mərdəkana dənizə getdilər. “Qarpızı yoldan alarıq” niyyəti ilə Azpetrolda benzin pulunu atışdılar. Kruqda təzə olduğu üçün özünü təsdiqləməyə fürsət tapan Rəşadın yeznəsinin dostu Pərviz dilə gəlib dedi ki, -qaqa...
#istəyirəm 30 yaşlı, uzaq rayonların birindən gələn, meyvə-tərəvəz satan, qalın west çəkən Seymur olum. Obyektimdə oturacağımın yanında xudmani tefalım, qulpu qırıq çaşkam, bir az limonlu konfet və bir də (bu ən vacib elementdir) ekstra adlı damaları yarıyacan kirilcə doldurulmuş krossvordum olsun. Kartonların bağlanan hissələrini səliqəli cırım yazım kartof-0,70 qəp. (manat yox qəpik) obyektin qabağında çömbəlib gilasın içindən xarablarını artdıyım sol...
#istəyirəm uşaqları da götürüm gedək masallıya. Səhər tezdən çıxaq, axşam qayıdaq. Bacanağım da yoldaşını, uşaqlarını götürsün qoşulsun bizə. Onda köhnə qara tukson, məndə də gümüşü çeşka. Arxa-arxaya iki maşın çıxaq. Bacanaq feysbukda hamımızı taglıyıb belə status yazsın: go go masalli istirahet with Мужган Рустамова, Rafiq Isakov, Тарана Исакова. Əmioğlu, Krutoy Qafqaze4 Isak-off profili rəyə yazsın ki, “brat hemiwe gezmekde”. mən...
Daha çox yüklə